Venger Bakıda keçirilən U 15 turnirindən danışdı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“FIFA U-15 dünya çempionatı və festivalı iştirakçılar və futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”.
İdman.Biz xəbər verir ki, bunu FIFA-nın Qlobal Futbol İnkişafı üzrə direktoru Arsen Venger qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, turnirin formatı komandalar arasındakı fərqlərin gözlənildiyindən daha az olduğunu üzə çıxarıb.
“Hamı bu turnirə vurulub və hər kəs onun dərhal yenidən keçirilməsini istəyir. Ümumilikdə görürük ki, bütün dünya futbol oynayır və böyük ölkələrlə kiçik ölkələr arasındakı fərqlər gözlədiyimiz qədər böyük deyil. Futbolçuların sayının azaldılması bu baxımdan müəyyən qədər kömək edir. Bununla yanaşı, hər oyunda mübarizənin intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək idi”, - deyə A.Venger bildirib.
FIFA rəsmisi yarışın futbolçuların diqqət və konsentrasiya qabiliyyətinin inkişafına, eləcə də texniki bacarıqlarının nümayişinə şərait yaratdığını vurğulayıb.
“Bu oyun formatı futbolçulardan yüksək diqqət və konsentrasiya tələb edir. Onlar bu keyfiyyətlərini də inkişaf etdiriblər. Texniki səviyyə çox yüksək idi. Ümumilikdə, meydanın bir tərəfindən digər tərəfinə sürətli keçidləri çox gördük. Bu format 11-ə 11 oyunda lazım olan səbir müddətini azaldır. Topu ələ keçirən kimi dərhal təhlükəli hücum təşkil etmək mümkündür. Bu da azarkeşlərin diqqətini daim oyunda saxlayır və onların futboldan zövq almasına şərait yaradır”, – deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 31 Oktyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















