Icma.az
close
up
RU
Veni, vidi, tutdu, apardı Ədalət Verdiyevin yazısı

Veni, vidi, tutdu, apardı Ədalət Verdiyevin yazısı

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəlki bənzər hadisələr barədə mətbuatda kifayət qədər məlumatlar mövcuddur. Son döyüş əməliyyatı barədə isə bəzi təhlillərimi isə qeyd etmək istəyirəm.
ABŞ prezidentinin xəbərdarlıqlarına baxmayaraq Venesuelanın nə quru qoşunları, hə hərbi dəniz qüvvələri, nə hərbi hava və hava hücumlarından müdafiə qoşunları, nə digər güc strukturları, nə xüsusi xidmət orqanları, nə də digər təhlükəsizlik orqanları ABŞ hücumlarının qarşısını almaq üçün hazır olub. Prezident Maduronun rəqiblərinə qarşı səsləndirdiyi bəyanatlari boş sözlərdən ibarət olduğu da hamıya məlum oldu.
Əməliyyatın və onun nəticələrinin siyasi aspektlərinə dərindən toxunmaq istəmirəm. Amma bir detal diqqəti cəlb edir. Yerli əhali Maduronun həbsinə etiraz etmədi, əksinə, İraq, Liviya, Əfqanlstan və Suriyada olduğu kimi uzun illər alqışladığı ölkə rəhbərinin ABŞ tərəfindən cəzalandırılmasına dəstək verdi, Maduronun şəkili olan plakatları dərhal söküb dağıtdı. Səbəb isə budur: Əhali Maduronun fəaliyyətindən bezmişdi.
Əməliyyatın hərbi aspektinə isə mediada yayılan son videomateriallara və açıq mənbələrdə mövcud olan məlumatlara əsaslanaraq bir qədər dərindən baxaq. İlk olaraq ABŞ aviasiyasının Venesuelanın Rusiyadan əldə etdiyi hava hücumundan müdafiə sistemlərini hədəfə alaraq əvvəlcə onları zərərsizləşdirdiyini deyə bilərik. Venesuela HHM qoşunları üçün Rusiyadan S-300VM “Antey-2500” (SA-23 Gladiator/Giant) uzaqmənzilli, “Buk-M2E” orta mənzilli və “Peçora-2M” (S-125 modernləşdirilməsi) daxil olmaqla, cox esalonlu hava hücumundan müdafiə sistemləri əldə etmisdi. Rusiyalı müşavir və məsləhətçilər sistemin Venesuelada inteqrasiyasını və heyətlərin təlimlərini də həyata keçirmişdi.
Əməliyyatların gedişi onu göstərir ki, paytaxt Karakas səmasını 200-250 kilometr məsafədən qorumalı olan Rusiya istehsalı S-300VM “Antey-2500” hava hücumundan müdafiə sistemi döyüşə hazır vəziyyətə gətirilməyib. Böyük ehtimalla bu zenit raket kompleksinin tərkibinə daxil olan radiolokasiya stansiyasının əvvəlcə ABŞ hərbi hava qüvvələrinin REM vasitələri ilə “kor” edilib, az sonra isə kompleks sıradan çıxarılıb.
Venesuelanin “S-300” komplekslərinin yerləşdiyi “La Karlota” aviabazasına dəqiq idarə olunan sursatlarla zərbə endirilməsi ehtimalı da boyukdur. Rusiyanın “Pantsir S1” zenit raket kompleksləri də öz funksional vəzifələri çərçivəsində ABŞ HHQ-nin “Chinok” və “Apache” helikopterlərinə atəş açmayıb. Mövcud videomateriallardan paytaxt səmasında ABŞ helikopterlərinin cəzasızlıq mühitində və aşağı hündürlükdə döyüş vəzifələrini asanlıqla icra etdiyi görünür. Maduro və onun həyat yoldaşı ölkədən helikopterlə çıxarılıb.
“N” ilə başlayan oyun
Bütün bunlar Venesuela HHM qoşunlarının çox qısa müddət ərzində və döyüşə hazırlıq vəziyyətinə keçməzdən əvvəl zərərsizləşdirildiyini iddia etməyə əsas verir. Nəticədə 3 saat ərzində ABŞ tərəfindən Venesuelanın təhlükəsizlik sistemi tamamilə iflic vəziyyətinə salınıb, ölkə rəhbəri və onun həyat yoldaşı yataq otağında əsir götürülərək Amerikaya aparılıb. Amma ölkədə kimsə, o cümlədən vitse prezident Maduronun nə vaxt, hansı vasitə ilə, kim tərəfindən və hara aparılması barədə məlumata malik deyil. Dünyada belə bir səviyyədə, belə bir biabırçılıq olmamışdı.
Rusiyanın HHM sistemlərindən başqa Venesuelada “T-72” tankları, “Su-30” qırıcıları, Fransanın AMX-30 tankları, ABŞ istehsalı “F-16” qırıcıları da var idi. Paytaxta yaxın ərazidə 5 diviziya, 2 əlahiddə briqada, prezident qvardiyasının 1 alayı yerləşirdi. Venesuela ordusunun quru qoşunlarında 270 orta və yüngül tankı, 320 zirehli personal daşıyıcısı və zirehli texnikası, 350 artilleriya sistemi, 4 zenit-raket kompleksi, hərbi hava qüvvələrinin 110 döyüş və təxminən 140 nəqliyyat/dəstək təyyarəsi və 45 helikopteri, hərbi dəniz qüvvələrinin 15 döyüş gəmisi, 55 qayığı və səkkiz dəstək gəmisi, eləcə də üç dəniz aviasiya eskadrilyası niyə prezidenti Maduronu qoruya bilmədi və ya qorumaq istəmədi? Venesuelada prezidentinin təhdid dövrundə gücləndirilən şəxsi mühafizəsi və geniş tərkibə malik qvardiyası harda idi?
Mən “Global Firepower” reytinqinə tam etibar etmirəm, amma istinad edəcəyim başqa mənbə mövcud deyil. Bu mənbəyə görə 2025-ci ildə 120 minlik şəxsi heyətə malik Venesuela ordusu hərbi güc reytinqində 160 ölkə arasında 50-ci yerdə (Latın Amerikası ölkələri arasında yeddinci yerdə) qərarlaşıb. Lakin bu orduda ölkə ərazisinə qanunsuz olaraq müdaxilə edən ABŞ ordusuna atəş açan bir nəfər tapılmadı. Son 80 ilin tək qalib Azərbaycan Ordusu ilə ərazisinə müdaxilə edən düşmənə bir güllə atmayan Venesuela ordusunu eyni səviyyədə qiymətləndirən “Global Firepower” reytinqinə həm də buna görə etibar etmirəm.
Bütün bunlar bir daha göstərir ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Peşəkar kadrların hazırlığı, onların müxtəlif təlimlərdə ən mürəkkəb və gözlənilməz ssenarilər üzrə döyüş məşqlərinin keçirilməsi, qoşun növləri arasında uzlaşdırmanın və qarşılıqlı əlaqənin təşkili, silahlanmada mövcud olan arsenalın döyüşə hazır vəziyyətdə saxlanılması, təhdid dövründə döyüş növbətçiliyinin gücləndirilməsi nə qədər vacibdir.
Baş verənlər göstərir ki, N.Maduronun ölkənin təhlükəsizliyi üçün verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü xarakterli olub. Venesuela ordusu isə bundan sonra əbədi olaraq bu “qara ləkə” ilə mövcudluğunu davam etdirməli olacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Yanvar 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri