Vens 2028 ci il prezident seçkilərində namizədliyini hələ dəqiqləşdirməyib
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin vitse-prezidenti JD Vens 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair yekun qərarını yeni ildən sonra verəcək.
Sherg.az xəbər verir ki, bu barədə “Axios” nəşrinə danışan anonim mənbələr məlumat veriblər.
Mənbələrin iddiasına görə, Vens namizədlik məsələsində tərəddüd edir və bu barədə həyat yoldaşı Uşa və ailəsi ilə məsləhətləşir. Onun qərarını açıqlaması gələn ilin yazının sonuna qədər uzana bilər.
Bildirilir ki, vitse-prezident namizədliyini erkən elan etməklə diqqəti Donald Trampdan yayındırmaq istəmir.
Vensə yaxın şəxslər isə Respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətinin onun partiyanın əsas namizədi mövqeyinə təsir etmədiyini iddia edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















