Icma.az
close
up
RU
Vens Bakıya gələcək, Araik və dəstəsi azad olacaq? KONKRET

Vens Bakıya gələcək, Araik və dəstəsi azad olacaq? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevralda Cənubi Qafqaza səfəri gözlənilir.

KONKRET.az xəbər verir ki, Musavat.com yada salır ki, bu barədə prezident Donald Tramp sosial media hesabında yazıb. Vens gələn ay Azərbaycana və Ermənistana gələcək. Ağ Ev lideri səfərin sülh prosesini və Zəngəzur dəhlizini (TRİPP marşrutu) müzakirə etmək məqsədi daşıdığını açıqlayıb. Lakin Vensin gəlişi gözləntisi Ermənistanda bəzi dairələri həvəsləndirib.

Bu barədə “Hraparak” nəşri yazıb. Erməni KİV xəbər verir ki, ABŞ vitse-prezidentinin Bakıya səfəri çərçivəsində həbsdə olan keçmiş xunta rejiminin üzvlərinin azadlığa buraxılması müzakirə edilə bilər. Hətta bununla bağlı nəşrin yazarı çağırış edir ki, mühakimə olunan erməni hərbi canilərinin müdafiəsi üçün Vensin səfəri ərəfəsində aksiyalar təşkil etmək və amerikalı siyasətçinin diqqətini bu məsələyə cəlb etmək lazımdır.

Erməni mediası bir qədər də irəli gedərək həddini aşıb və ABŞ vitse-prezidentinin Azərbaycanın siyasi rəhbərliyinə bu mövzuda təzyiq göstərməli olduğunu yazıb. Yəni Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Araik Aryuntunyan və digər canilərin Ermənistana təhvil verilməsini müzakirə etməli imiş.

Lakin erməni tərəfi 4 məhbusun İrəvana qaytarılmasından sonra “ağzında şirə qalıb” deyə belə yersiz həvəsə düşüb. Əvvəla səfərin mahiyyətini Tramp açıqlayıb – sülh və dəhliz müzakirəsi olacaq. İkincisi, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı gündəmidnə həbsdə olan hərbi canilər mövzusu heç 100-cü sırada belə ola bilməz. Çünki gündəlikdə prioritet məsələlər var.

Digər tərəfdən, sözügedən keçmiş xunta rejiminin liderləri və üzvləri barəsində məhkəmə hökmü yoxdur. Belədə isə Vensin onların sərbəst buraxılmasını xahiş etməsi nonsens görünür. Məhkəmə qərarı olsa belə, vaxtilə Rusiyanın himayəsi altında ərazilərimizdə separatizm, terrorçuluqla məşğul olmuş bu qüvvələri ABŞ niyə müdafiə etməlidir?

Üstəlik, bu, Azərbaycanın daxili məsələsidir və beynəlxalq müstəviyə çıxarılacaq. predmet yoxdur. Ona görə də “Vens gələcək, xuntaçılar azad olacaq” həvəsinə düşənlər indidən arzularını dəfn edə bilər…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Yanvar 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri