Vensdən Avropaya: Öz kimliyini itirib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Avropa ölkələrinin səhv iqtisadi və miqrasiya siyasəti qitədə mədəni durğunluğa və xalqın narazılığına səbəb olub".
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D. Vens deyib.
O, Britaniyanın "UnHerd" portalına verdiyi müsahibədə bildirib: "Avropa ölkələrinin iqtisadi siyasəti qitədə dərin durğunluğa səbəb olub. Onların immiqrasiya siyasəti yerli əhalinin son dərəcə mənfi reaksiyasına səbəb olub".
Vensin sözlərinə görə, Avropa "öz kimliyini itirib" və bu da "iqtisadi və mədəni durğunluğa səbəb olub".
ABŞ vitse-prezidenti qeyd edib: "Biz Avropanın yenidən doğulmasını istəyirik. Biz onun özünü təmin etməsini istəyirik. Amerika mədəniyyətinin kökləri Avropa sivilizasiyasındadır. Tariximizin mərkəzində bir çox Avropa ideyaları dayanır. Buna görə də daha güclü bir Avropa görmək istəyirik".
Vens əlavə edib ki, bunun çoxunu avropalılar özləri etməlidirlər.
O, xristianlığın roluna xüsusi diqqət yetirib: "Düşünürəm ki, xristianlıq bu mədəni icmanın mərkəzindədir. ABŞ-nin üçüncü prezidenti Tomas Cefferson və bir neçə başqası istisna olmaqla, qurucu atalarımızın əksəriyyəti dindar xristianlar idi".
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 22 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















