Icma.az
close
up
RU
Vensin Azərbaycana səfəri: Ermənistanla sülh, Zəngəzur dəhlizi...

Vensin Azərbaycana səfəri: Ermənistanla sülh, Zəngəzur dəhlizi...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Axar.az Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyovun Teleqraf-a müsahibəsini təqdim edir:

- Rasim müəllim, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək. Səfər proqramına nələr daxildir?

- Onun səfər proqramına Azərbaycanla Ermənistan arasında sülh prosesi, Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə yanaşı, ayrı layihələr də daxildir. Ermənistanda data mərkəzinin yaradılması, süni intellekt və nüvə enerjisi ilə bağlı proqramların icrası nəzərdə tutulub. Həmçinin orada modul tipli nüvə stansiyalarının tikilməsi də planlaşdırılır. Sözsüz ki, bütün bunlar Zəngəzur dəhlizini (Tramp marşrutu) əhatə edir. Ona görə də, Ermənistan hökumətinin digər işləri görəcəyi, amma Tramp marşrutunu ləngidəcəyi ehtimalı çox azdır. ABŞ-Ermənistan münasibətlərinin hazırkı səviyyəsi Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutur.

- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar, nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasında bəzi bölgə dövlətlərinin narahatlığı var. Bu nə ilə bağlıdır?

- Əslində bu addım bölgə dövlətlərini narahat etməməlidir. Qonşu Gürcüstanda bəziləri bu mövzuda informasiya məkanlarında spekulyasiya ilə məşğul olur. İddiaları da odur ki, Azərbaycanla Ermənistan arasında bilavasitə yol açılsa, Gürcüstan itirəcək və s. Fakt isə odur ki, Azərbaycan Gürcüstanın dəmir yollarının modernləşməsinə, Axalkalaki-Qars dəmir yolunun tikintisinə bir milyard dollar həcmində kredit ayırıb. Bu kreditlər isə həmin dəmir yollarının istifadəsi ilə geri qaytarılmalıdır. Ona görə də, həmin yoldan yüklərin dövriyyəsi sürətlə artır.

- Ermənistanla yolun açılması bu istiqamətdə yüklərin daşınmasında azalmaya səbəb ola bilərmi?

- Heç yerdə yazılmayıb ki, Azərbaycanla Ermənistan arasındakı dəmir yolu əlaqəsi mütləq şəkildə Gürcüstan üzərindən keçməlidir. Bu vaxta qədər Bakı ilə İrəvan arasında heç bir ticarət əlaqəsi mövcud deyildi. Ona görə də indiki halda Gürcüstanın bu məsələdə nə isə itirəcəyi ilə bağlı iddialar əsassızdır. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması şəraitində iki ölkə arasında kommunikasiya xətləri bərpa edilməlidir. Bu ilk növbədə Mehridən keçən dəmir yolu ilə bağlıdır. Eyni zamanda burada dəmir və avtomobil yolu ilə yanaşı, fiberoptik və elektrik xəttinin, eyni zamanda qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Bununla ilk növbədə Naxçıvanın ehtiyacları təmin ediləcək. Bütün bunlar isə gələcəkdə nəzərdə tutulan məsələlərdir. Bununla yanaşı, Qazax-İcevan yolu da bərpa olunacaq.

- Bütün bunların fonunda 2026-cı ildə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkündürmü?

- Bunun baş verməsi ehtimalı çox yüksəkdir. Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin də qaydaya salınması paralel şəkildə həyata keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri