Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Vensin “erməni soyqırımı ilə bağlı paylaşımı ABŞ da qalmaqal YARADIB

Vensin “erməni soyqırımı ilə bağlı paylaşımı ABŞ da qalmaqal YARADIB

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin X sosial şəbəkəsində qondarma "erməni soyqırımı" abidəsini ziyarəti ilə bağlı paylaşımını silməsi ölkəsində də birmənalı qarşılanmayıb.
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi bu addımına görə Cey. Di. Vensi qınayıb.
Modern.az xəbər verir ki, Nensi Pelosi bu barədə sosial mediada yazıb.

O xatırladıb ki, ABŞ-ın keçmiş Prezidenti Co Bayden 2021-ci ildə "erməni soyqırımı"nı rəsmi olaraq tanımaqla ermənilərə mənəvi dəstəyini təsdiqləmişdi.
Pelosinin sözlərinə görə, o, 2022-ci ildə spiker kimi Ermənistana səfər etdiyi zaman Tsitsernakaberddəki “abidə”ni ziyarət etməklə “erməni soyqırımı”na dair Vaşinqtonun aydın və birmənalı mövqeyini ortaya qoymuşdu.
Nensi Pelosi bildirib ki, Tramp administrasiyası rəsmi Vaşinqtonun "erməni soyqırımı"na dair mövqeyini utancverici şəkildə dəyişib.

Pelosinin sözlərinə görə, vitse-prezident Cey. Di. Vensin “erməni soyqırımı”na dair həqiqəti qəbul edən bir paylaşımı silməsi dərin məyusedicidir.
“Tarixi silmək qurbanlara hörmətsizlikdir və dünyada insan hüquqlarına olan öhdəliyimizi zəiflədir", - deyə Pelosi ermənipərəst mövqeyini bir daha qabardıb.
Xatırladaq ki, dünən İrəvanda səfərdə olan ABŞ vitse-prezidenti Cey. Di. Vens qondarma “erməni soyqırımı memorialı”nı ziyarət edəndən sonra bununla bağlı X-də paylaşım edib və az sonra onu silib.

CNN telekanalı da bu məsələni şərh edib. Kanal bildirib ki, keçmiş prezident Co Bayden istisna olmaqla, ABŞ liderləri hazırda Vaşinqtonla İran arasında vasitəçilik edən regional müttəfiq Türkiyə ilə əlaqələrə xələl gətirmək qorxusundan “erməni soyqırımı” terminindən yayınır.

Amerika Erməni Milli Komitəsi (ANCA) də Cey. Di. Vensin paylaşımını silməsini “utancverici şəkildə geri çəkilmə” kimi qitmətləndirib.
Ermənistana səfər edən ilk ABŞ vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə bildirib ki, ermənilər ondan həmin “abidə”yə baş çəkməsini xahiş edərkən qondarma soyqırımını “100 il əvvəl baş verən çox dəhşətli hadisə" adlandırıblar.
"Əlbəttə, mən Ermənistana səfər edən ilk vitse-prezidentəm. Bizdən bu yeri ziyarət etməyimiz xahiş edildi. Əlbəttə ki, bu, 100 ildən bir az əvvəl baş verən dəhşətli bir hadisədir və onlar üçün böyük mədəni əhəmiyyətə malik idi... Mən Azərbaycanın da mühüm yerlərini ziyarət etməyi planlaşdırıram".
Cey. Di. Vens "Azərbaycanın da mühüm yerlərini" deyərkən, yəqin ki, Bakıdakı Şəhidlər xiyabanını nəzərdə tutub.

Vensin mətbuat katibi Teylor Van Kirk isə X-dəki paylaşımla bağlı CNN-ə bildirib: "Bu, əsasən vitse-prezidentin fəaliyyətinin foto və videolarını paylaşmaq üçün işçilər tərəfindən idarə olunan hesabdır. Vitse-prezidentin bu məsələ ilə bağlı fikirlərinə gəldikdə, mən onun uçuş-enmə zolağında verdiyi şərhlərə istinad edirəm”.
Sözçünün sözlərinə görə, Cey. Di. Vens qondarma “erməni soyqırımı memorialı”na "həm qurbanlara, həm də Ermənistan hökumətinə hörmət əlaməti olaraq" baş çəkib.

Cey. Di. Vens qondarma “erməni soyqırımı memorialı”nı ziyarətlə bağlı silinmiş paylaşımına Ağ Evin mətbuat katibi Kerolin Livit də münasibət bildirib. O, jurnalistlərə ABŞ Administrasiyanın siyasətinin dəyişmədiyini deyib.

"...mən sadəcə sizi Ağ Evin “erməni anım günü”ndə dərc olunmuş mesajına yönləndirərdim və hazırda siyasətdə heç bir dəyişiklik olmayıb", - deyə o, çərşənbə axşamı keçirilən mətbuat brifinqində bildirib.

Həmin mesaja gəldikdə, 2021-ci ildə Co Bayden “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan ilk ABŞ prezidenti olub və ildönümü münasibətilə aşağıdakı bəyanatı verib:

"Hər il bu gün Osmanlı İmperiyasında erməni soyqırımı zamanı həlak olanların hamısının həyatını xatırlayırıq və bu cür vəhşiliklərin bir daha baş verməsinin qarşısını almaq öhdəliyimizi bir daha təsdiqləyirik".

2021-ci ildəki bu bəyanat Ermənistan tərəfindən müsbət qarşılansa da, Türkiyə tərəfindən pislənmişdi.

Trampın ilk Administrasiyası dövründə Ağ Ev respublikaçı senatorlardan 1915-1923-cü il aralığında “ermənilərin kütləvi qırğınları”nı soyqırımı kimi tanıyan “qətnamə” üçün yekdil razılıq tələbini bloklamağı xahiş edib və bunun Türkiyə ilə danışıqları pozacağını bildirib. Həmin “qətnamə” 2019-cu ildə Nümayəndələr Palatasından və Senatdan keçib.
A.Qorxmaz
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri