Icma.az
close
up
RU
Vergi Məcəlləsinə sahibkarları ən çox maraqlandıran iki dəyişiklik Deputat açıqladı

Vergi Məcəlləsinə sahibkarları ən çox maraqlandıran iki dəyişiklik Deputat açıqladı

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunur. İqtisadiyyat naziri Mikayıl Cabbarov dəyişikliklər paketini deputatlara və ictimaiyyətə təqdim edib. Lakin sahibkarlarda bəzi suallar qalır və onlara cavab axtarılır. Məsələn, son 12 aylıq dövriyyənin 400 min manata qədər artırılması hüquqi şəxslərə xidmət göstərən mikro sahibkarlara da aiddirmi? Yoxsa bu, yalnız əhali qrupuna xidmət göstərən sadələşdirilmiş vergi uçotunda olan mikro sahibkarlara aid olacaq?

Qeyd edək ki, hazırda birinci kateqoriya öz mənfəətindən 5 faiz vergi ödəyir (gəlir - xərc = mənfəət). İkinci kateqoriya isə mənfəətindən asılı olmayaraq, yalnız dövriyyəsindən 5 faiz vergi ödəyir.

İqtisadçı deputat Vüqar Bayramov “AzPolitika”nın sorğusuna cavab olaraq bildirib ki, fərdi sahibkarların gəlirləri üçün güzəştlər müəyyənləşdirilib.

“Bildiyiniz kimi, Vergi Məcəlləsinə dəyişikliklər zamanı onların güzəştli dövriyyəsi limitləşdirildi və güzəştlər tətbiq olundu, yəni gəlirdən 5 faiz vergi tətbiq olunacaq”, - o əlavə edib.

İqtisadçı bildirib ki, ikinci kateqoriya sadələşdirilmiş vergi ödəyən mikro sahibkarlardır. Burada həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur.

“Onlar üçün gələn ildən dövriyyə 200 min manatdan 400 min manata qədər artırılacaq. Yəni fərdi sahibkarlar üçün qaydalar və güzəşt qalır, hansı ki, 2025-ci ilin yanvarın əvvəlindən qüvvəyə minib. Mikro sahibkarlar üçün isə gələn ildən güzəşt limiti dairəsi genişlənir. Bu sahibkarlar gələn ildən daha genişləndirilmiş sadələşdirilmiş vergi sistemindən istifadə edə bilərlər”, - deputat vurğulayıb.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see292

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see228

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see179

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see177

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see148

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see140

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see132

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see128

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri