Icma.az
close
up
RU
“Vergi orqanı əlavə müddət verməlidir, 5 gün yetərli deyil” Vəkil

“Vergi orqanı əlavə müddət verməlidir, 5 gün yetərli deyil” Vəkil

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İnzibati prosedurlar və sənəd təqdimatı ilə bağlı qaydalar işgüzar və hüquqi mühitdə vacib rol oynayır. Hər bir müəssisə və təşkilat öz daxili qaydaları çərçivəsində müəyyən müddətlər təyin edə bilər, lakin bu müddətlərin hüquqi əsasları barədə suallar yarana bilər.

Bəs uyğunsuzluq məktublarında sənədlərin təqdim edilməsi üçün müəyyən edilən 5 gün müddətinin hər hansı hüquqi əsası varmı?

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında vəkil Esmira Rzayeva bildirib ki, vergi orqanı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub (uyğunsuzluq məktubu) göndərir və həmin sənədlərin təqdim edilməsi üçün 5 gün müddət təyin edir:

“Bu zaman vergi ödəyicisi həmin məktubda qeyd olunan sənədlərin mövcud olması və yaxın zamanda təqdim ediləcəyi barədə cavab məktubu ilə vergi orqanına müraciət etdiyi və ya hər hansı cavab vermədiyi halda, vergi orqanı əlavə müddət gözləmədən (təyin etmədən) həmin vergi odəyicisi barədə qərar qəbul etməklə əlavə vergi məbləği hesablayır.

Bu halda 2 sual yaranır:

Vergi orqanının müəyyən etdiyi 5 günün hər hansı əsasi varmi? Vergi ödəyicisi sənədləri təqdim edəcəyini bildirdiyi halda, vergi orqanı əlavə müddət təyin etməli idimi?”.

Vəkil əlavə edib ki, Vergi Məcəlləsində bununla bağlı hər hansı müddət müəyyən edilməmişdir.

“Belə ki, VM-nin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Həmin məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir.

Yuxarıda qeyd olunan 2 normadan aydın olur ki, vergi orqani kameral vergi yoxlaması çərçivəsində vergi bəyannaməsində hər hansı uyğunsuzluq aşkar edərsə, bu halı aydınlaşdırmaq məqsədilə vergi ödəyicisinden əlavə izahat və sənəd tələb edə bilər. Həmin sənədlər təqdim edildikdən sonra uyğunsuzluq aradan qaldırılmazsa və vergilərin az və ya artıq hesablanması aşkar edilərsə, bu zaman vergi orqanı kameral vergi yoxlamasını başa çatdırmalı və bu barədə qəbul etdiyi yekun qərari isə 5 iş günü müddətində vergi ödəyicisinə göndərməlidir.

Gördüyümüz kimi, VM-nin 37.4-cü maddəsində nəzərdə tutulan 5 iş günü müddəti sənədlərin təqdim edilməsi üçün deyil, məhz kameral vergi yoxlamasının nəticəsinə dair qərarın vergi ödəyicisinə çatdırılması üçün nəzərdə tutulan muddətdir”.

“Zəruri sənədlərin verilməsi üçün vergi ödəyicisinə əlavə müddət verilməlidirmi?” sualına vəkil belə cavab verib:

“İnzibati icraat haqqında” AR Qanununun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

Həmin qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Həmin qanunun 24.2-ci maddəsinə əsadən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Sadalanan hüquq normalarından aydın olur ki, vergi orqanı kameral vergi yoxlamasının obyektiv, tam və hərtərəfli şəkildə aparılması və ədalətli qərarın qəbul edilməsi üçün zəruri sənədlərin toplanması məqsədilə vergi ödəyicisinə nəinki əlavə müddət verməli, hətta özü də bu istiqamətdə addımlar atmalı, əlavə sübutlar toplamalıdır.

Lakin təcrübə göstərir ki, vergi orqanları zəruri sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubu göndərməklə kifayətlənir, işin həlli istiqamətində hər hansı əlavə tədbir görmür və həmin uyğunsuzluq məktubuna cavab verilmədiyi və ya zəruri sənədlərin təqdim ediləcəyi barədə cavab məktubu göndərildiyi halda, kameral vergi yoxlamasını nəticələndirir və nəticəsi barədə yəkun qerar qəbul edirlər ki, bu da yuxarıda qeyd etdiyimiz kimi inzibati orqanın öz xidməti vəzifəsini tam yerinə yətirməməsi və qəbul edilmiş qərarın obyektivliyinin şübhə altına alınmasi deməkdir.

Kameral vergi yoxlamasının müddəti 30 iş günü ərzində bitir deyənlərə cavab olaraq bildirim ki, həmin müddətin bitməsi vergi ödəyicisinə ehtimal əsasında vergi hesablanmasına əsas ola bilməz və qanunvericilikdə 30 iş günü bitdikdən sonra da vergi ödəyicisi barəsində tədbir görmək (vergilərin hesablanmasının düzgünlüyünü araşdırmaq) üçün digər üsul və metodlar da müəyyən edilmişdir”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri