Icma.az
close
up
RU
Əlavə vergi yükü: Kimə risk yaradacaq?

Əlavə vergi yükü: Kimə risk yaradacaq?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vüqar Bayramov minimum əməkhaqqının gəlir vergisindən azad edilməsi ilə bağlı təkliflə çıxış edib.

Millər vəkili "Vergi Məcəlləsinə" təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2500 manatadək əməkhaqqı 3.0 faiz gəlir vergisinə cəlb ediləcəyini bildirib:

“Dövlət və neft-qaz sektorunda olduğu kimi özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub. Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur.

Həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqlarının vergiyə cəlb olunması arzuolunan deyil.

Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik. Həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər.

Belə ki, bu halda gəlir vergisi hesablanan zaman vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”.

Minimum əməkhaqqı gəlir vergisindən azad edilə bilərmi, əks təqdirdə vətəndaşlar sosial problemlərlə üzləşəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, indiki dövr üçün bu verginin tətbiqi hər hansı ciddi sosial çətinlik yaratmır:

“Çünki burada söhbət yüksək əməkhaqqı alanların gəlir vergisinə cəlb edilməsindən gedir. Cəlbetmə prosesi də mərhələli şəkildə həyata keçiriləcək. İllər üzrə müxtəlif faizlər hissə-hissə artırılmaqla 14 faizə qədər gətirib çatdırılacaq. Əlbəttə ki, bu müddət ərzində söhbət əgər 2 500 və onun üzərində əməkhaqqı alanlardan gedirsə, böyük ehtimalla həmin sahədə maaşları da artacaq.

Çünki hər il olduğu kimi növbəti ildə də orta aylıq maaşın artımı nəzərdə tutulur. Bu 10 faizlə 17 faiz arasında proqnozlaşdırılır. Ona görə də hazırkı mərhələdə və yaxud da növbəti il üçün bu vergilərin tətbiq edilməsi vətəndaşların sosial həyatında mənfi çalarlarla ifadə etməyəcək. 

Ancaq bu sahibkarlar, özəl sektor üçün əlavə, çox ciddi yük yaradacaq. İşəgötürənlər üçün əlavə yükün yaranmasına gətirib çıxaracaq. Məcburi olaraq xərc bazası artacaq, böyüyəcək. Özəl sektorda  maya dəyərinin bahalaşmasına təsir göstərən əlavə vergi tətbiqləri nəticə etibarilə də bahalaşmaya, ixtisarların yaranmasına və s. bu kimi xərclərin qənaət edilməsi səbəbindən problemlərin yaranmasına gətirib çıxaracaq. 

Bu, birbaşa olaraq vətəndaşların həyatında özünü ifadə etməsə də, dolayı təsirlərlə  işəgötürən kiçik və orta sahibkarlara artıq yük yaradacaq. Bu özəl sektorun inkişafında müəyyən qədər mənfi təsir göstərəcək. Bütün bunlar da nəticədə Azərbaycan vətəndaşlarının sosial həyatında özünü göstərəcək.

Bu yaxın bir il üçün ciddi təsirlər, travmalar yaratmayacaq. Növbəti il üçün yük daha da artıqca bahalaşma, ixtisarların yaranması kimi arzuolunmaz sosial problemlərin geniş miqyasda yayılmasına gətirib çıxaracaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: gəlir vergisi Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri