Icma.az
close
up
RU
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi KONKRET

Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin 1 milyon 515 min 139 manat mülki iddia qaldırdığı sahibkar Hidayətov Yaqub Raquf oğluna bəraət verilib.

KONKRET.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib və təqsirsiz elan edilib.

Eləcə də, Yaqub Hidayətovun barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunaraq vergi orqanının ona qarşı qaldırdığı mülki iddiası da baxılmamış saxlanılıb.

Ona qarşı irəli sürülmüş ittihamda bildirilib ki, təqsirləndirilən şəxs meyvə tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olarkən vergi orqanına bəyannəmə təqdim etməyib və ümumilikdə 1 milyon 515 min 139 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il hökmü ilə o, Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib.

Hökmə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilib. Eləcə də vergi orqanının onun barəsində olan mülki iddiası qismən təmin edilib. Belə ki, Yaqub Hidayətovdan 102 min 053 manat tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınıb.

Hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti və protesti versələr də, Gəncə Apellyasiya Məhkəməsi həm şikayəti, həm də protesti təmin etməyib.

Daha sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin qərarına əsasən, cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb./report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Noyabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see237

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see203

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see167

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see167

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri