Icma.az
close
up
RU
Vergi uçotunda olmayanlar bazarlarda fəaliyyət göstərə bilməyəcəklər

Vergi uçotunda olmayanlar bazarlarda fəaliyyət göstərə bilməyəcəklər

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 1-dən etibarən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilən dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Bu öhdəliyin təmin edilməsini bazar mülkiyyətçiləri həyata keçirməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir. Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

2 min-6 min manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək

Bazarların mülkiyyətçiləri oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınmasını təmin etməlidir. Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

Vergi orqanı nəzarət tədbirləri zamanı hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək. Əgər eyni hal il ərzində təkrar baş verərsə, bu məbləğ 4 000 manat, növbəti dəfə olarsa, 6 000 manat həcmində olacaq. Yenilik kənd təsərrüfatı məhsulları bazarlarında fəaliyyət göstərən sahibkarlara aid edilməyəcək. Sahibkarlar isə bu qərarla bağlı narazılıqlarını bildirirlər.

İcarədar bir və yaxud bir neçə şəxs ola bilər

İqtisadçı ekspert Razi Abasbəyli deyir ki, vergi qanunvericiliyinə edilən dəyişikliklərin həyata keçirilməsi bazar mülkiyyətçilərinin üzərinə düşür. Bazar mülkiyyətçiləri icarədarlarla müqavilələr bağlamalı və bu icarə müqavilələri haqqında hər vergi rübündə müvafiq inzibati orqana məlumat verməlidirlər.  Əgər bazar mülkiyyətçiləri icarə müqaviləsi olmadan obyektlərinin istifadəsini həyata keçirəcəklərsə, bu zaman cərimə olunacaqlar: "Əsas məsələ mülkiyyətçilərlə  icarədarlar arasındakı münasibətlərin hansı şəkildə təşkil ediləcəyindən asılıdır. Yəni icarədar bir və yaxud bir neçə şəxs ola bilər. Söhbət bazarlarda hər hansı bir obyektin istifadəsindən və orada satışın həyata keçirilməsindən gedir.  Bunların icarə müqaviləsi üzrə mexanizmləri hələlik məlum deyil. Yəni bir nəfər mülkiyyətçi ilə icarədar demək olar ki, bütün bazarın müqaviləsini bağlaya bilər və müvafiq olaraq vergini həyata keçirə bilər. Burada vergilər hansı şəkildə tənzimlənəcək? İcarə üzrə ərazinin orta, kiçik və yaxud da iri sahibkarlıq subyekti olması müəyyən olunacaq və buna müvafiq də gəlir vergisi tətbiq ediləcək".

Vergi nəzarətinin təmin edilməsi qiymət artımına səbəb olacaq

Razi Abasbəylinin sözlərinə görə, bazarlara vergi nəzarətinin təmin edilməsi qiymət artımına səbəb olacaq: "Hər bir ticarətçinin xərclərinin artması maya dəyərinin çoxalmasına səbəb olur. Bu da birbaşa satış qiymətlərinə öz təsirini göstərir. Nəticə etibarilə bu bazarlarda həm tikinti materiallarının, eyni zamanda kənd təsərrüfatı məhsullarının, ət və süd məhsullarının bahalaşmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu məsələ ilə bağlı hansısa güzəştlər edilməlidir. Bazar mülkiyyətçiləri ilə icarədarlar arasında münasibətlərin tənzimlənməsi üçün müəyyən güzəştlərin tətbiq oluması gözləniləndir. Lakin hələlik verginin hansı şəkildə fiziki və faktiki olaraq tətbiq ediləcəyinin detalları məlum deyil. Yəqin ki, oktyabr ayının 1-dən etibarən bazarda mülkiyyətçilərlə icarədarlar arasında vergi münasibətlərinin hansı şəkildə təşkil ediləcəyinin detalları bilinəcək. Ondan sonra bazarlarda hər kəsi maraqlandıran qiymət dalğalanmalarının hansı səviyyədə olacağı məlum olacaq".

Sahibkar artan xərcini iki formada qarşılayır

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, vergi uçotunda dayanmaq sözsüz ki, sahibkarların xərclərini müəyyən qədər artıracaq. Bu, gözləniləndir: "Bazardakı qiymətlər xərclərdən asılı olaraq dəyişir. Sahibkar artan xərcini iki formada qarşılayır. Birincisi, öz qazancını aşağı salır. Yəni az qazanc götürür. İkincisi isə qiyməti artırır. Xarci qarşılamaq üçün qiymət artımına gedilir. Qiyməti artırması da bazardakı vəziyyətdən asılıdır. Kiçik sahibkarların hamısında bu problem olacağına görə mümkündür ki, vəziyyət müəyyən qədər qiymətlərə öz təsirini göstərsin".

Ekspert vurğulayıb ki, hər bir sahibkarı ayrı-ayrılıqda izləmək Vergi Xidməti üçün bir qədər çətin idi. Bazarlara vergi nəzarətinin təmin edilməsi bu məsələni kökündən həll edəcək. Bu məsələdə həm satıcı, həm də icarə verən məsuliyyət daşıyacaq.

Kiçik sahibkarların maliyyə yükü artacaq

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, bazarlara vergi nəzarətinin təmin edilməsi kiçik sahibkarların həm maliyyə, həm də inzibati yükünü artıracaq. Onların ödənişlərini çoxaldacaq. Bir çoxları bununla bağlı heç bilgili də deyillər. Problem də ondan ibarətdir: "Əgər bazarlara vergi nəzarətinin təmin edilməsi bu qədər qısa zamanda tətbiq olunacaqdısa, 5-6 ay öncədən bu haqda sahibkarlara maarifləndirmə xarakterli məlumatlar verilməli idi. Sahibkarlar bilməliydilər ki, bazarlara vergi nəzarətinin təmin edilməsi nə deməkdir. Şərtlər nədir, sahibkarların hansı vəzifələri yerinə yetirməlidirlər və s. Vergi orqanı nəzarət tədbirləri zamanı hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçiləri və ya idarəçilər 2 000 manat məbləğində cərimə olunacaqlar. Bu, doğru deyil, yanlışdır. Cərimənin məqsədi pul yığmaq deyil. Cərimənin məqsədi vətəndaşın davranışlarını təsir etmək və bu yolla yanlış davranışı düzəltməkdir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Heç olmasa, yanvar ayının 1-nə qədər vətəndaşlara möhlət verilməli idi. Bu müddət ərzində kiçik sahibkarlar məsələ ilə bağlı maarifləndirilməli, bilgiləndirilməlidir".

Yeni qaydaların tətbiqi sahibkarın xeyrinədir

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, yeni qaydalara əsasən bundan sonra mikro sahibkarlar bazarlarda fəaliyyət göstərmək üçün rəsmi vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Əgər qoyulan qaydalara əməl etməsələr, sahibkarların fəaliyyət göstərməyi mümkün olmayacaq: "Yeni qaydalar ilk baxışdan bir qədər sərt görünsə də, əslində sahibkarın xeyrinədir. Müvafiq dəyişikliyə əsasən, artıq mikro sahibkarların bazar obyektinə ödənişləri rəsmi sənədləşdiriləcək. Bu, onların gələcəkdə kredit və ya subsidiya kimi imkanları artıra bilər. Yəni mikro sahibkarlar ilk başda inzibati və maliyyə yükü ilə üzləşə bilərlər. Lakin qanuni uçot onların bazarda fəaliyyətini təhlükəsiz və davamlı edəcək. Eyni zamanda yeni qaydalar sahibkarların gəlirlərinin və maliyyə hesabatlarının şəffaf olmasını təmin edəcək".

Bankdan kredit almaq və ya dövlət dəstək proqramlarına qoşulmaq imkanı

Ekspert bildirib ki, rəsmi uçot sahibkara gəlirlərini sübut etmək imkanı verəcək. Bu da onlara gələcəkdə bankdan kredit almaq və ya dövlət dəstək proqramlarına qoşulmaq imkanı verəcək: "Əvvəlki qaydalara görə, bəzi bazarlarda icarə ödənişləri sahibkarlardan qeyri-rəsmi alınırdı. Yeni qaydalar buna imkan verməyəcək. Müqavilələr və ödənişlər rəsmi şəkildə həyata keçiriləcək. Ən başlıcası, yeni qaydalara görə, bazar rəhbərliyi icarə haqqını səbəbsiz artıra bilməyəcək. Artırmaq istəsə, müqavilə və vergi uçotu tələb olunacaq. Bu da sahibkarın hüquqlarını qoruyacaq".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri