Icma.az
close
up
RU
Verilməyən “kupça”, tapılmayan adam... Pərvanə BAYRAMQIZI yazır

Verilməyən “kupça”, tapılmayan adam... Pərvanə BAYRAMQIZI yazır

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən aldadıldığını bilsən də aldadılmağa davam edirsən. Bilə-bilə, könüllü özünü hansısa hiyləgərə inanmış kimi göstərirsən. Bunu xeyirxahlıq məqsədilə edəndə özünə haqq qazandırırsan. Məsələn, görürsən qarğıdalı satan oğlan səni hər dəfə bir şeylə aldadır, göz yumur: “eybi yox, qoy qazansın” deyirsən. (Bədəncə çox zəif idi, laqeyd qalmaq olmur...)

Növbəti dəfə yenə qarğıdalını ondan alırsan. Alırsan ki, axşam evə qazancla getsin. Kaş  buna adət etməsin, kaş adamları aldatmağın asan olduğunu düşünməsin, kaş pis fəsad verməsin, amma mərhəmətindən xəbərsiz olub sevinsin. Nəyisə bacardığından məmnun olsun. 

Hələ yekə-yekə adamlar... özü də iş adamları... əksəriyyəti hiyləgərlikdə  birinciliyə layiqdir. 

Aldanmaq eyib deyil, aldadan utansın. Aldanmaq saflıqdır, aldatmaqsa itin-qurdun dilini bilməkdir. Aldadan hiyləgər əməlindən utanmaz, aldanılansa dünyada pis adamların olduğundan kədərlənər.

Lazım olan məqamda kömək istəyirsən, baxırsan, ağıl başında deyil. Səhvə yol verirsən, hərlənib-fırlanıb hadisələrdən təzədən ağıllanıb özünə gələndə bir də görürsən itirdiyin ağıl veyillənə-veyillənə o yandan bəri gəlir.

Ağıl beyinə başqasının sözündən qopub girmir, hadisələrin nəticəsində vəziyyətə uyğun başa yeni fikir gəlir. Fərqli çıxış yolunun tapılması ağıllanmaqdır. Saf adamları bəzən mühit “ağıllandırır”. Ağıl təmiz insanların nadürüstlərin pisliyindən topladıqları təcrübədir.   

Bir də... qarşındakı adamın heç bir səbəb olmadan səni sevməməsinin, həmişə pislik etməsinin səbəbi sənin təmiz mənəviyyatının fonunda özünün çirkab dünyasını aydın görməsidir. İşığın gözünü qamaşdırdığından mərdimazarlığı eynək edir. 

İşi düşəndə, səndən istifadə etmək məqsədi olanda yalvarıb, yaltaqlanıb, diz çöküb hər vasitə ilə istəyinə nail olmağa çalışanlar, istədiyini əldə edəndən sonra "ağlın varıydı, eləməzdin" deyərlər. Sən də özündən soruşursan: – Görəsən, filankəsə filan edəndə ağlım harada idi? 

Məkrli adamlar adamı təvazökar olduğuna peşman edirlər. İşlədiyini gözə soxmamaqla adam özü xainlərə şərait yaradırmış. Adının çəkilə biləcəyi işlərdən illərlə geri tutulmağının “siyasi” tərəfinin olduğunu hiyləgər şəxs öz məqsədinə çatanda anlayırsan.

Xain adam iç üzü açıldıqca çirkab mənəviyyatından utanmaqdansa daha da təhlükəli olur. Belələrini mehribanlıq da "zərərsizləşdirmir".

Adam hərdən elan vermək istəyir: Ali keyfiyyətlərə malik insan axtarılır.

Yaltaqlıq etməyən, xəbərçilik bacarmayan, paxıllıq hissindən məhrum, xeyirxah, mehriban adam tanıyırsınızsa, göstərin gözümüzün üstündə saxlayaq. 

Ürəyimizin "kupçası" belələrinin adınadır. 

Adam var “kupça” tapmır, kupça var, verməyə adam tapılmır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri