Icma.az
close
up
RU
Vernidub: “İki yersiz qol buraxdıq”

Vernidub: “İki yersiz qol buraxdıq”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının V turunda səfərdə “İmişli”ni 3:2 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi İvan Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk növbədə çətin keçən qələbə haqqında danışdı:

– Birinci taymı necə lazımdırsa, elə də oynadıq. Amma komandanın 2:0 öndə olduğu halda hesabın bərabərləşməsinə imkan verməyi yaxşı hal deyil. Belə ssenari təkrarlanırsa, sonrasını davam etdirmək çox çətin olur. Paltardəyişmə otağında oyunçulara da bildirdim ki, bizim belə oynamağa və həmin səhvləri təkrarlamağa haqqımız yoxdur. Süni örtüklü meydançadır və müəyyən çətinliklər yaradır. Lakin “İmişli” də eyni yerdə oynayır, ona görə də bu, bizə bəraət verə bilməz. Öz aramızda ciddi araşdırma aparacağıq. İki qolu tamamilə yersiz yerə buraxdıq.

Vernidub ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Komandanız çox gözəl bir qolla qələbə qazandı. Futbol fəaliyyətiniz boyunca belə gözəl qola şahid olmusunuz? Bunu mövsümün qolu hesab etmək olar?

– Bəli, hətta bundan da gözəllərini görmüşəm. Məni əsas sevindirən və xoşuma gələn məqam odur ki, sonradan meydana daxil etdiyimiz futbolçular matçın həm tempini, həm də intensivliyini artırdılar. Qələbə qolunu da məhz əvəzetmədən sonra oyuna qoşulan futbolçumuz belə möhtəşəm zərbə ilə vurdu.

– Müdafiə xəttindəki davamlı rotasiyalar buraxılan qollara zəmin yaradır?

– Hələ ki axtarışdayıq. Xüsusilə mərkəz müdafiəçiləri arasında ideal tandemi və əlaqəni tapmaq üçün müxtəlif kombinasiyalara əl atırıq. Ötən oyunda fərqli cütlüklə çıxış etdik və rəqibə, demək olar ki, imkan vermədik. Bu dəfə isə dəyişiklik etdik. Əlimizdə 4 stoper var və onlar arasında optimal variasiyaları sınamağa davam edəcəyik. Hamı oynamaq istəyir və biz də uğurlu nəticələri həmin rəqabətin üzərində quracağıq.

– Bassala Sambu matçın iştirak ərizəsində yox idi. Belə başa düşmək olar ki, o, komandadan ayrılır? Səbəb nədir?

– Hələ ki bunu zaman göstərəcək. Bəzi məsələlər var ki, komandanın “mətbəx”idir. Hazırda daxili araşdırma aparırıq. Xüsusilə nəzərə alsaq ki, mövsümün əvvəlindəyik, həmin şəxs peşəkar olduğunu və harada çıxış etdiyini dərk etməlidir.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Sentyabr 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri