Icma.az
close
up
RU
Vəsaitlərin düzgün istiqamətlərə yönəldilməsi vacibdir Ekspert

Vəsaitlərin düzgün istiqamətlərə yönəldilməsi vacibdir Ekspert

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"2025-ci ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinə 4.94 milyard manat vəsait ayrılıb. Bu, ÜDM-in 3.8%-ni, dövlət büdcəsi xərclərinin isə 12%-ni təşkil edir. Təhsil büdcəsinin ötən illə müqayisədə 8.5% artması müsbət irəliləyiş olsa da, bu dünya təcrübəsi ilə müqayisədə hələ də təhsilin maliyyələşdirilməsində ciddi inkişaf probleminin olduğunu göstərir".

"Unikal" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, inkişaf etmiş ölkələrdə təhsil xərclərinin ÜDM-də payı adətən 4-6% arasında dəyişir:

"Məsələn, İsveçrə və Danimarka kimi ölkələr bu göstəricini 6%-ə qədər artırır. OECD ölkələrinin orta göstəricisi isə 4.9%-dir. Azərbaycanın 3.8%-lik göstəricisi dünya ortalamasından aşağıdır və bu sahədə əlavə investisiyaların vacibliyini göstərir. Dövlət büdcəsi xərclərində təhsilin payı dünya miqyasında 15-20% arasında dəyişir. Məsələn, Finlandiya və Norveçdə bu göstərici 20%-ə çatır. İnkişaf etməkdə olan ölkələrdə, məsələn, Malaziyada bu rəqəm 15-18% təşkil edir. Azərbaycanın 12%-lik göstəricisi isə orta səviyyədədir. Lakin müasir dövrdə beynəlxalq rəqabətliliyi artırmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün bu göstəricinin artırılması qaçılmazdır"

Ekspert qeyd edib ki, sadəcə təhsil büdcəsini artırmaq kifayət deyil, həm də bu vəsaitlərin düzgün istiqamətlərə yönəldilməsi vacibdir: "Müəllimlərin maaşlarının artırılması, məktəblərin infrastrukturlarının yaxşılaşdırılması, innovativ təhsil proqramlarının və texnologiyaların tətbiqi əsas prioritetlərdən olmalıdır. Cənubi Koreya kimi ölkələrdə təhsilə ayrılan vəsaitin əsas hissəsi innovasiya və texnologiyalara yönəldilir ki, bu da onların qlobal reytinqlərdə yüksək yerlərə yüksəlməsinə səbəb olur. Azərbaycanın təhsil sahəsinə ayrılan büdcəsinin artımı müsbət olsa da, hədəf beynəlxalq standartlara uyğunlaşmaq olmalıdır.

Təhsilin maliyyələşdirilməsinin artırılması yalnız iqtisadi inkişaf üçün deyil, həm də sosial rifah və cəmiyyətin hərtərəfli inkişafı üçün vacibdir. ÜDM-də və dövlət büdcəsində təhsilin payının artırılması ilə yanaşı, bu xərclərin effektiv idarə edilməsi, şəffaflıq və resurslardan düzgün istifadə müasir təhsil siyasətinin əsas prioritetləri olmalıdır. Beynəlxalq təcrübə göstərir ki, təhsilə qoyulan investisiya uzunmüddətli perspektivdə cəmiyyətin gələcəyinə qoyulan ən böyük sərmayədir".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri