Vəsiqəsini dəyişməyə getdi, barmağındakı izlərin silindiyini öyrəndi FOTO
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
58 ildir eynək düzəltmək işinə baxan şəxs barmaq izinin silindiyini öyrənib.
Ölkə.Az “milliyet”ə istinadla xəbər verir ki, qeyri-adi hadisə Türkiyənin Kastamonu şəhərində baş verib.
Belə ki, Kastamonu sakini İsmayıl Karqılı sürücülük vəsiqəsini yeniləmək üçün ötən il aidiyyəti dövlət qurumuna üz tutub. Bu zaman ondan barmaq izlərini təqdim etmək tələb edilib, lakin bu, mümkün olmayıb.
15 yaşından bəri eynək işinə baxan Karqılı 10 barmağından 8-nin izinin silindiyini öyrənib. İ.Karqılı eynək şüşələrinin kənarlarını əli ilə düzəltdiyi dövrlərdə barmaq izlərinin silindiyini başa düşüb.
“Vətəndaşlıq qeydiyyatında sürücülük vəsiqəmi dəyişdirmək üçün gedəndə barmaq izi götürmək istədilər. Dəfələrlə barmağımı bərk basdım, 8-nin izi çıxmadı, sadəcə 2-si çıxdı. "Nə işlə məşğul olursan?" deyə soruşdurlar. Mən də "gözlükçüyəm" dedim. "Necə yəni, barmaq izi ilə nə əlaqəsi var?" deyə sual etdilər. Dedim ki, biz şüşələrə təmas edirik, illərlə əl daşı ilə eynək düzəltmişəm. Eynək şüşəsi düzəldərkən sürtülə-sürtlüə zamanla barmaqların izi silinib”,- deyə o əlavə edib.
Billurə








Baxış sayı:39
Bu xəbər 03 Noyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















