“Vest Hem”in futbolçusu qəzaya düşüb
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Vest Hem”in hücumçusu Maykl Antonio yol qəzasına düşüb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilməyib.
Jurnalist Eduardo Burqos futbolçunun idarə etdiyi avtomobilin ciddi zədələndiyini bildirib. Hücumçu helikopterlə xəstəxanaya aparılıb.
Daha sonra klub Antonionun vəziyyətinin stabil olduğunu bildirib. Oyunçu şüurludur, ünsiyyət qurur və hazırda London xəstəxanasında həkimlərin yaxından müşahidəsi altındadır.

“Vest Hem”in futbolçusu qəzaya düşüb
08 Dekabr 2024 01:27
“Vest Hem”in futbolçusu əməliyyat olunub
09 Dekabr 2024 19:29
“Marsel”in hücumçusu “Vest Hem”in radarında
15 Yanvar 2025 23:28
“Vest Hem”in oyunçusunu ağır cəza gözləyir
09 Mart 2025 15:30
“Vest Hem”dən qovuldu
08 Yanvar 2025 20:57

