Icma.az
close
up
RU
Vətən adam

Vətən adam

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkədə gördüyüm bir videonun təsirindən günlərdir çıxa bilmirəm. Sevimli müəllimim, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin erməni işğalından azad olunmuş doğma kəndi Novruzluya ilk gedişini əks etdirən videosüjetdən danışıram. Bu kiçik videomaterial vətənpərvərlik mövzusunda yazılan qalın-qalın kitablardan daha təsirli gəldi mənə - "Hardan başlanır Vətən?" sualının cavabı kimi...

Professor Cahangir Məmmədli 30 il erməni tapdağında qalan doğma kəndi Novruzlunun ziyarətində nə alim idi, nə müəllim, nə də ictimai xadim. Doğma yurd yeri üçün burnunun ucu göynəyən 84 yaşlı bir uşaq idi, üzünü vətən torpağına sürtüb hönkür-hönkür ağlayırdı, heç paltarlarının batması da eyninə deyildi, ötənlərini, doğmalarının ruhlarını haraylayaraq burada olduğunu bildirirdi. Cahangir müəllimin ilahi səcdədə möhürü də, Novruzlu torpağı idi, alnını ona dayamışdı, dəstəmazını bu torpaqla almışdı. Novruzlu torpağı müqəddəs qiblə idi, iki dünyanın iç-içə qovuşduğu, zaman-məkan vəhdətinin tarazlaşdığı ziyaratgah idi. Sevinirdi ki, bu gəlimli-gedimli, son ucu ölümlü dünyada, ömrünün ahıl çağında uca yaradan ona fürsət verib ata-baba yurdunu görməyə, havasını sinəsinə çəkməyə, torpağına səcdə etməyə, suyundan içməyə, xatirələrini təzələməyə.

...Sözlə nəzmə çəkə bilməyəcəyim ilahi bir mənzərə izlədim, ilahi duyğu yaşadım, səssiz, ürəkdən ağladım - özümdən ixtiyarsız. Vətənə qovuşmaq necə ilahi sehr, güc, həm də böyük xoşbəxtlik imiş! Cahangir müəllim uşaq olmuşdu, özünü, çəkiliş getdiyini, ətrafdakıları belə unutmuşdu, təkrar-təkrar kəndin ətrafına dövrə vururdu, daşları, ağacları sığallayırdı, məzar daşlarına toxunurdu, kəndliləri yanındaymış kimi onlarla danışırdı, haylayırdı, üzərində olan zəhmətə görə halallıq istəyirdi. Novruzlunu, doğma kəndi bundan artıq sevmək mümkünmü? Çətin! Hardasa oxumuşam ki, insan üçün ən əziz yer doğmalarını torpağa tapşırdığı məkandır. O məkandakı ruhlar insanı bütün ömrü boyu özünə çəkir, unutmağa qoymur. İnsan unutmaq istəsə də, ruhu axtarıb tapır, daşına, torpağına bağlanır, ora sığınır.

...Cahangir müəllimin Novruzluya qovuşmaq səadətini onunla bir bölüşən, yanında olan jurnalist  həmkarım Mirşahin Ağayevə, bu görüntüləri lentə alan çəkiliş qrupuna həsəd apardım - bu ilahi görüşə şahid olduqlarına, sevinc paylarını aldıqlarına, ruhən, içən təmizləndiklərinə görə. O anlarda Mirşahin nə televiziya rəhbəri idi, nə də bu xeyirxah görüşün təşkilatçısı, təşəbbüsçüsü. Cahangir müəllimin yüzlərlə tələbəsindən biri olduğunu da unutmuşdu Mirşahin. Bəlkə Cahangir müəllimin özünü də. Həmkarım öz ruh aləmində idi, gözlərini torpağa zilləmişdi, illərin həsrətlisi olan, yurdu üçün körpə kimi ağlayan insanın torpağı ilə  görüşü onu da kövrətmişdi. Amma həm də xoşbəxt etmişdi, çöhrəsindən bəlli idi. Amma bir şey mənə təəccüblü qaldı - nə üçün Mirşahin həmin anlarda Cahangir müəllimlə birgə səcdəyə getmədi, torpağa əyilmədi? Həyəcandanmı unutdu? Axı o torpaq təkcə Novruzlu deyildi, Ağdam deyildi, bütöv Azərbaycan idi, Vətən idi, doğma yurd idi və ona səcdəyə getmək ilahi bir BORC idi.

"Dünyada mənim üçün ən əziz torpaq olan Novruzlu kəndindəyəm. Novruzlu kəndi mənim üçün ideal bir məkandır, makro vətənimin makro bir nöqtəsidir. Burda mən özümü bu gün dünyanın ən xoşbəxt adamı hesab edirəm. Elə özümü dünyanın ən xoşbəxt insanı kimi də hiss edirəm". Novruzluda, doğma kəndində ona olan sevgisini belə dilə gətirir Cahangir müəllim. "Bu kənd mənə çox şey verib" deyir. Dünyadan vaxtsız köçən anasının, cəhbədən qayıtmayan, üzünü heç vaxt görmədiyi atasının, əzizlərinin ruhu bu yurdun torpağına, havasına, suyuna qarışıb, hopub, daşına, qayasına həkk olunub. Cahangir müəllim üçün yurd yerinin yetimliyi valideyn yoxluğundan da ağır dərd imiş. Doğulduğu torpağın 30 ildən çox erməni tapdağında qalması yetimlik ağrısını da üstələyibmiş. "Dağ olsaydım əriyərdim, torpaq idim dayandım" deyimi sanki Novruzlu üçün deyilibmiş...

Daşı daş üstə qalmayan, evləri viran edilən, məzarıstanı belə dağıdılan Novruzlu səcdəsinə qapanan övladına nə danışdı, uzun illərin ağrısını necə anlatdı, o da göz yaşı töküb ürəyini boşaltdımı? - bu sualların cavabını Cahangir müəllimdən elə soruşmaq istəyirəm ki. "Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim"in səbəbini də...

Bu, bir yubiley yazısı deyil. Cahangir müəllimin elmi, bədii, pedaqoji fəaliyyəti haqqında o qədər yazılıb ki... Bu esse 30 ildən sonra torpağına səcdəyə gedən müəllimi haqqında keçmiş tələbəsinin duyğularının sözlə izharıdır - bu görüşün özü kimi kövrək, duyğulu.

Cahangir müəllim, "Novruzluda evlər tikilsə, ilk köçənlərdən biri mən olacağam" demisiniz. İnşallah! Qoy Novruzluda yeni evlər inşa olunsun, köç başlasın, sizə də təzə ev verilsin. Təzə evinizdə sizi  ziyarətə mən də gələcəyəm, əziz müəllimim!

Allah arzularımızı çin eləsin! Amin!

Esmira İSMAYILOVA

Filologiya üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see286

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see284

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see266

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see263

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see255

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see252

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see252

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see243

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see239

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see231

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see213

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see210

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see200

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see199

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see191

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see188

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see181

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see179

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see178

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri