Icma.az
close
up
RU
Vətən oxşaması

Vətən oxşaması

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Sevinc QULİYEVA

Yaxşı yadımdadır, sovetlər dönəmində çəkilmiş, İkinci Dünya müharibəsindən bəhs edən məşhur "Qılınc və qalxan" filmindəki mahnı bu sözlərlə başlayırdı: "Haradan başlanır Vətən?" O zaman məktəbli idik, əsrarəngiz çalarları ilə qəlbimizi ovsunlayan, açılan səhərləri bizlərə bol-bol xəyallar qurduran dünya uşaqlığın pəncərəsindən sadə və anlaşılan görünürdü. Sualın cavabı da saf və adi idi: Vətən öz-özümə zümzümə elədiyim ilk mahnımdan, yazı lövhəsi qarşısında dayanıb fəxarətlə səsləndirdiyim şeirdən, məktəbimizin qədəm qoyduğum sinif otağından, tay-tuşlarımla oynadığım küçəmizdən, qaçıb hamıdan gizləndiyim, ömrümün ən xoşbəxt günlərini keçirdiyim baxçamızdan, öz dünyama çəkildiyim otağımdan başlanır.

Beləcə, məktəb illəri arxada qaldı - uşaqlığımızın son zəngi bizi böyük həyata səsləyirdi. Qarşıda bizi nəhayətsiz yollar, yollar yoracaq ömür (yoxsa ömür yoracaq dolaylar?) gözləyirdi. Bu ömrün sevinci də, kədəri də, keşməkeşli dönəmləri, sərt döngələri də olacaqdı. Biz bu həyatda ulularımızın ruhuna sədaqətlə, keçmişimizi yaşada-yaşada illər yoracaqdıq.

Tələbəliyin sevincini yaşamaq mənim də nəsibimdə varmış. Canım qədər sevdiyim Vətənimdən, rayonumdan uzaqda təhsil almalı oldum. Həyatım dəyişdi - dünyam dəyişdi: fərqli mədəniyyət, fərqli milli-mənəvi dəyərlər, yad mentalitet... Başqa dövlət deməyə ixtiyarımız yox idi, 15 respublikadan ibarət böyük dövlətin fərdləri idik, eyni pasport daşıyırdıq...

...Artıq qarşıda hədəfləri olan, həyata yeni qədəm qoymuş, bütün çətinliklərə sinə gərməyə hazır, ürəyi Vətən, ata-ana həsrəti ilə çırpınan gənc qızam. Televizorda yenə həmin film nümayiş etdirilir. Amma içimdə "Haradan başlanır Vətən?" sualının cavabı fərqlidir. Mənim üçün Vətən Rusiyadan məni evimizə, doğmalarıma çatdıran təyyarənin yerə enişindən sonra doğma Bakımda aldığım ilk nəfəsdən başlanır. Qapılar açılacaq, trap veriləcək, böyüdüyüm, hər şeyi - bütün çalarları ilə özümün olan torpağıma qədəm qoyacaq, aeroportun salonunda gözləyən, könül dünyam olan atamla görüşəcəyəm. Bakımın mülayim havasını acgözlüklə ciyərlərimə çəkərək, əyilib torpağımı öpmək keçəcək ürəyimdən. Hər dəfə Bakıya enişimdə bu hissləri keçirərdim - Vətən mənim üçün o zaman bu duyğulardan başlanırdı...

...Avtobus ağacların kölgəsi ilə nizamlanmış yollarla məni öz evimə, öz ocağıma aparır. Məşhur Şirvan körpüsü görünür - evimizə az qalıb. Keçmişimlə gələcəyimi, uşaqlığımla gəncliyimi birləşdirən bu körpüdən başlanırdı Vətən o zaman.

İllər keçdi, zaman dəyişdi, biz də dəyişdik zaman kimi. Təhsilimi başa vurub bir neçə il Rusiyada işləyəndən sonra öz elimə-obama qayıtdım.

Gəncliyin həyəcanı geridə qalmışdı, artıq olğunlaşmışdım, ömür yolu ilə addımlayırdım. Qəlbimdəki Vətən həsrəti indi torpaqlarımızın işğaldan azad olunması, yaralarımın qaysaqlanması diləyi ilə əvəzlənmişdi. Bir milyon qaçqını, minlərlə şəhidi olan, haqq səsini siyasi arenada qulağı tıxanmışlara çatdırmaqda böyük əngəllərlə üzləşən bir xalqın övladları idik. Mən xoşbəxt Vətən qoyub getmişdim, qayıdanda sinəsi dağlı, qəribsəmiş, solub-soluxmuş, torpaqlarında düşmənin at oynatdığı bir məmləkətlə qarşılaşmışdım. Çox ağır idi. İllərlə televiziya ekranlarda boy göstərən xarici qonaqlardan həqiqət gözlədik. Amma nə gördük, nə eşitdik. İnciyən ruhumuz sağalmalı, dirçəlməli, torpağın yaddaşı, mənəviyyatımız təmizlənməli idi. Günlər, aylar əvəzlənir, xalqımızın səbri tükənirdi. Get-gedə daha da azğınlaşan düşmən havadarlarının himayəsi ilə atəşkəsi tez-tez pozurdu. Ordumuz xalqımıza qalibiyyət duyğusunu davamlı yaşadırdı. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı qələbəmizə inamı artırırdı. Nəhayət, sözün bitdiyi an gəlib çatdı. Bütün Azərbaycanı yasa boğan qəhrəman generalımız Polad Həşimovun şəhid olması. Heysiyyətin və vətənsevərliyin kükrədiyi həmin iyul gecəsi. Minlərlə qeyrətli, ürəyində Vətən eşqi gəzdirən  Azərbaycan oğlu etiraz səsini duyurmaq, şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək diləyi ilə küçələrə axışdı. Azərbaycanın dövlətçilik tarixinin addım səslərinin möhtəşəm səsi idi o gecənin harayı. Boğazımda qəhər düyünlənmişdi, kirpiklərimdə yaş donmuşdu - baş verənləri həyəcanla izləyirdim. O gecənin təntənəsi Azərbaycançılığın bəşəri hiddətiydi. Əlil arabasında gücü çatınca irəliləməyə çalışan qardaşım, ardınca böyük ehtiram hissi ilə onu müşayiət edən, sürətinə uyan qeyrətli oğullar... Bu, mənim Vətənimin dünyaya son xəbərdarlığı idi! Necə qürurlu, mətin idik o tarixi gün! Bilirdik, bu günün davamı gələcək!

27 sentyabr 2020-ci il! Azərbaycanın şanlı tarixinə heysiyyətlə yazılan, torpağın ruhunu oyadan o gün! Fərəh göz yaşları, şəhid acısının ruhumuza hakim kəsildiyi günlər... Hər yerdə vətənpərvərlik mahnıları səslənirdi. Vətən o mahnıların qanadlarında pərvazlanır, Xudayarın təsnifində ucalığına qovuşurdu: "Vətən yaxşıdır!" Torpaqlarımızı işğaldan azad edən igidlərin azadlıq manifesti idi bu təsnif! "Vətən, sənin döyüşçünəm!" - deyib döyüşə getməzdən əvvəl ailəsi ilə halallaşanların qürurundan, dövlətinin, ordusunun ətrafında yumruq kimi birləşən məğrur xalqımdan, yaşlılıq pensiyasını döyüşən ordusuna göndərən Ələsgər dayının dünya boyda ürəyindən, titrəyən əllərindən başlanırdı Vətən!

Müqəddəs savaşımız böyük qələbə ilə başa çatdı. Tarix yazdığımızamı sevinək, şəhidlərimizin ağrısınamı yanaq - bilmədik. "Azadlıq ağacı şəhid qanıyla suvarılmadıqca bar verməz", - Xiyabani belə demişdi. Acımızı qəlbimizə gömüb Zəfərimizi qeyd elədik. Şəhidlərimizin ruhları sevinirdi. Mən bayrağı ucalarda dalğalanan, ürəyi şəhidlərinin məzarında döyünən, ayaqda möhkəm dayanan bütöv Azərbaycanın qızı idim! Ordusu rəşadətli ordular sırasında yer alan, siyasi iradəsi ilə xalqı tarixin keşməkeşlərindən qoparıb inamla, ilhamla irəli aparan lideri - Ali Baş Komandanı olan Azərbaycanın qızı idim! Mənim üçün yarım qalmış sərhədləri qanı ilə çəkmiş şəhidlərimizin məzarları idi Vətən! Şəhidlər özləri Vətən olmuşdular bizim üçün. Özləri şəhid olmuşdular, ruhları döyüşənlərin sırasındaydı. Bu gün rəşadətli ordumuzun qalib hərbi qulluqçuları baş tacımız şəhidlərimizin işğaldan azad etdikləri torpaqlarımızın keşiyindədirlər! Onlar Azərbaycanın dünəninə şahid, bu gününə sahib, sabahına dayaqdırlar!

Qarabağımızdan əsən küləklərin gətirdiyi, Xudayarların, Aqşinlərin, Ziyadların, Orxanların, bütün şəhidlərimizin həyat nəğmələri Sizlər üçün əbədi qələbə marşı kimi səslənir! Silahınız - ədalət, bayrağınız - inamdır! Vətənimizin sərhədləri sizin sevginizdir! Sizin sevginizdir Vətən!..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see317

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see243

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see184

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see183

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see174

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see170

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see169

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see169

Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi SİYAHI

15 May 2026 04:54see164

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see156

Bütün Eurovision 2026 finalçıları açıqlandı: Azərbaycan yenə finalçılar sırasına düşə bilmədi

15 May 2026 07:57see155

ABŞ və Çin texnologiya sahəsində bir birini gizli izləyir

15 May 2026 08:14see155

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see153

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see149

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see147

Milan və Beşiktaş bu futbolçuya elçi düşüb ...

15 May 2026 02:21see144

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see143

Azərbaycan Premyer Liqası: “Karvan Yevlax” “Qəbələ” ilə üz üzə

15 May 2026 09:24see141

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see140

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri