Icma.az
close
up
RU
Vətən müharibəsi, Böyük Qayıdış, itkin şəhidlərin dəfni... Sənədli xronika niyə toplanmır? ARAŞDIRMA

Vətən müharibəsi, Böyük Qayıdış, itkin şəhidlərin dəfni... Sənədli xronika niyə toplanmır? ARAŞDIRMA

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Vətən müharibəsində zəfərdən keçən beş il ərzində ölkəmizdə bir-birindən əhəmiyyətli hadisələr baş verib. Azad edilmiş ərazilərdə Böyük qayıdışla bağlı görülən işlər, sakinlərin doğma torpaqlarına köçü və orada yenidən qaynayan həyat, 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyitlərinin qalıqlarının aşkar edilərək dəfn edilməsi, illərdir gözləri yollardan çəkilməyən ailələrin heç olmazsa övladlarının məzarına qovuşmaq təsəllisi, şəhid ailələrinin yaşadıqları dram, eləcə də beynəlxalq arenada qazanılan diplomatik uğurlar...

Bəs bütün bu aktual və tarixi hadisələr sənədli xronikada, dokumental yaddaşda necə əksini tapır? Sənədli filmlərin istehsalının ölkə mədəniyyətinin və kollektiv yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, bu sahədə hazırda hansı işlər görülür? Yuxarıda sadalanan hadisələrin sənət baxımından saxlanclaşdırılırması aparılırmı? Üstündən uzun illər ötəndən sonra gələcək nəsillərə göstərmək, Azərbaycan xalqının təkcə 30 il müddətində deyil, torpaqlarımıza qovuşduqdan sonra da yaşadığı hiss-duyğuların növbəti nəsillərə ötürülməsi, onların unudulmaması üçün hansı işlər görülür? Sənədli film sahəsi öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilirmi, yoxsa kino adamlarının bu sahədə qarşılaşdıqları inzibati problemlər onların əl-qolunu bağlayır?

Rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov APA-ya bildirib ki, sənədli xronikanın toplanılması ilə əvvəllər daha çox Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş “Salnamə” studiyası məşğul olub: “Studiyada nazirliyin sifarişi ilə “Milli Qəhrəmanlar” silsiləsi üzrə sənədli filmlər çəkilirdi. Onların təqdimatları keçirilir, bölgələrdə nümayişləri təşkil olunurdu. Tanınmış rejissorlardan Nizami Abbas orada Əliyar Əliyev haqqında gözəl film çəkmişdi. Gənc rejissorlardan Emin Əfəndiyev Milli Qəhrəman Yelmar Edilova həsr olunmuş film hazırlamışdı. Kinorejissor Kamalə Musazadə isə onlarla şəhid və milli qəhrəman haqqında filmlər çəkmişdi”.

Yeni rəhbərlik gəldikdən sonra qanunda belə tələblər tətbiq edildi

Onun sözlərinə görə, bundan əlavə, hətta İkinci Dünya müharibəsində iştirak etmiş qəhrəmanlar və mədəniyyət mövzuları da əhatə olunub: “Lakin Mədəniyyət Nazirliyinə yeni rəhbərlik gəldikdən sonra qanunda müəyyən tələblər tətbiq edildi. Düzdür, həmin qanunun müvafiq maddəsi müxtəlif cür şərh olunur, amma prinsip etibarilə nazirlik korrupsiyanın qarşısını almaq üçün öz törəmə təşkilatını birbaşa maliyyələşdirə bilməz. Bu səbəbdən studiyanın maliyyələşməsi dayandırıldı, fəaliyyəti donduruldu və bütün müqavilələr ləğv edildi. Nəticədə studiyanın bir çox əməkdaşı işsiz qaldı”.

AKİ katibi qeyd edib ki, bundan sonra “Salnamə” studiyasının apardığı iş heç kimə tapşırılmayıb: “Əgər birbaşa maliyələşdirmə mümkün deyilsə, bu iş müsabiqələr vasitəsilə özəl prodüser mərkəzlərinə tapşırıla bilər. Bunun üçün müsabiqələr elan olunmalı və onlarla sənədli film maliyyələşdirilməlidir”.

Gələcəkdə vətəndaşların təlimində və tərbiyəsində boşluqlar yaranacaq

Əli İsa Cabbarov deyib ki, Vətən müharibəsi zamanı Şuşanı, Ağdamı heç vaxt görməyənlərin belə onun uğrunda ölümə getməsi 30 il ərzində aparılan təbliğatın nəticəsidir: “Mən Əliyar Əliyevi şəxsən tanımasam da, Nizami Abbasın filmi sayəsində onu yaxından hiss etmişəm. Sənədli film insanı dərindən tanıdır. Bu səbəbdən sənədli filmlər 3-4 dəqiqəlik qısa veriliş süjetləri ilə müqayisə edilməməlidir. Sənədli filmlərin çəkilməsi hazırkı qəhrəmanlarımızı tanıtmaq baxımından olduqca vacibdir. Təəssüf ki, bu proses hazırda dayandırılıb. Bu da çox təhlükəli vəziyyətdir, gələcəkdə vətəndaşların təlim-tərbiyəsində boşluqlar yaranmasına gətirib çıxaracaq. Nəticədə vətənpərvərlik duyğusu toyxana musiqiləri və bayağı melodiyalar vasitələrlə formalaşacaq. Kino ideoloji tərbiyədə, vətəndaş hazırlamaqda və dövlətimizi qorumaqda ən vacib vasitədir.

Bu işi özəl şirkətlərə proqram vasitəsilə tapşırmaq lazımdır

Dövlətimiz kinonu dotasiyada saxlayır, amma 2024-cü ildə ayrılan 10 milyon 500 min manatın milli qəhrəmanların təbliği və vətənpərvərlik tərbiyəsinə yönəldilməsi təmin olunmayıb. Əgər “Salnamə” studiyası birbaşa maliyyələşdirilə bilmirsə, bu işi özəl şirkətlərə proqram vasitəsilə tapşırmaq lazımdır. Əks halda, Vətən müharibəsi və Böyük qayıdışla bağlı bir çox tarixi fakt sənədli filmlər vasitəsilə gələcək nəsillərə ötürülməyəcək. Torpaqlarımızın azad olunması, oraya ilk köç edən sakinlər üçün yaradılan şərait və ümumilikdə bu prosesin bütün elementləri, bu hekayələr sənədli kinomuz vasitəsilə gələcək nəsillərə çatdırılmalıdır”.

Rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov bildirib ki, “Salnamə”nin yerinə yetirdiyi vəzifəni qismən ARKA öz layihələri ilə həyata keçirir: “Mən demirəm ki, “Salnamə” studiyasının nazirlik tərəfindən maliyələşdirilməsini alqışlayıram, xeyr, söhbət ondan getmir. Söhbət ondan gedir ki, bu gün müəyyən yeniliklər aparılır.



Bu mərhələnin hələ sonu deyil. Müəyyən mərhələ keçdikdən sonra düşünürəm ki, bu məsələlər öz həllini daha yaxşı tapacaq. Vaxt keçdikcə, necə deyərlər, lokal və istiqamətlənmiş şəkildə, geniş formada özünü göstərəcək”.

Xüsusilə İkinci Qarabağ müharibəsinin lentə alınması və sənədli kadrların çəkilməsi baxımından bu, böyük boşluq yaradır

Rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Nizami Abbas qeyd edib ki, “Salnamə” və “Yaddaş” sənədli film studiyalarının bu gün fəaliyyətini dayandırması çox təəssüf doğuran bir hadisədir: “Təkcə “Salnamə” deyil, “Yaddaş” studiyası da vaxtilə Azərbaycan kinosunda mühüm işlər görüb. Bu baxımdan, belə bir vəziyyətdə studiyaların işləməməsi, televiziyaların isə bu istiqamətdə təşəbbüs göstərməməsi olduqca narahatedicidir. Xüsusilə İkinci Qarabağ müharibəsinin lentə alınması və sənədli kadrların çəkilməsi baxımından bu, böyük boşluq yaradır. Bu, mədəniyyətimiz və kino tariximiz üçün acınacaqlı bir mənzərədir. Məsələn, şəhidlərimizə aid real kadrları götürək - Xudayarın mobil telefonundan öz ifasını lentə alması və həmin görüntülərin bu gün də qalması böyük dəyərə malikdir. İndi isə görürük ki, bəzi şəxslər yarışmaq məqsədilə, sifarişlə, böyük vəsaitlər xərcləyərək filmlər çəkirlər. Amma bu filmlər sənədli deyil, onlar süni işlərdir. Halbuki “Yaddaş” və “Salnamə” studiyalarında bir vaxtlar bu cür mövzular, xüsusilə Birinci Qarabağ müharibəsi dövründə qəhrəmanlarımıza həsr olunmuş sənədli filmlər böyük səmimiyyət və məsuliyyətlə işlənirdi.

Bu işə dövlət səviyyəsində yanaşmaq lazım idi, lakin bu, baş vermədi

Ona görə də bu studiyaların fəaliyyət göstərməməsi həm sənədli kino ənənəmiz, həm də milli yaddaşımız üçün ciddi itkidir. Bu işə dövlət səviyyəsində yanaşmaq lazım idi, lakin bu, baş vermədi. Halbuki İkinci Qarabağ müharibəsinin sənədli-xronikal kadrlarının çəkilməsi tarixi baxımdan əvəzsiz əhəmiyyət daşıyırdı.

Nəticədə, vaxtilə “Salnamə” studiyası, “20 Yanvar” hadisələrini lentə alan studiya və ümumiyyətlə tariximizin mühüm anlarını sənədləşdirən bu yaradıcı mərkəzlər fəaliyyətini dayandırdı. Məsələn, “Meydan” filmi 18 gün 18 gecə “Azərbaycanfilm” studiyasının “Salnamə” şöbəsində Zaur Məhərrəmovun rəhbərliyi ilə çəkilmişdi. Biz həmin filmi Azadlıq meydanında, hadisələrin içində lentə almışdıq. İndi isə bu cür hadisələr təəssüf ki, lentə alınmır”.

Nizami Abbas qeyd edib ki, bu sahədə televiziyaların fəaliyyətini tam inkar etmir: “Amma reallıq budur ki, televiziya sənədli salnamə yarada bilmir. Yəni, televiziya tarix yarada bilmir, tarix yalnız sənədli salnamə vasitəsilə yaşaya bilər”.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Kino Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, “Salnaməfilm” studiyasının əsas fəaliyyət istiqaməti sənədli filmlərin istehsalı deyil, xronika və arxiv materiallarının hazırlanması və toplanması olub: “Studiyanın təyinatı Azərbaycan kino irsinin qorunması, xronikal materialların arxivləşdirilməsi və mühafizəsidir.

Qeyd edilməlidir ki, hazırda bu funksiyalar Azərbaycan Dövlət Film Fondu tərəfindən müasir texniki imkanlar və peşəkar mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

“Salnaməfilm”in əsas fəaliyyəti film istehsalı ilə bağlı olmayıb

Azərbaycan Dövlət Film Fondu Respublikanın kino-arxiv qurumu kimi “Salnaməfilm”in fəaliyyət istiqamətlərini özündə birləşdirir və gələcəkdə bu istiqamətin daha da genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, Fondun tərkibində xeyli xronikalar çəkilmiş, sənədli filmlər hazırlanmış və hal-hazırda bu proses davam etdirilir.

Sənədli filmlərin istehsalına gəldikdə isə, bir daha bildiririk ki, “Salnaməfilm”in əsas fəaliyyəti film istehsalı ilə bağlı olmayıb. Sənədli və bədii filmlərin hazırlanması məqsədilə özəl studiyalara və prodüser şirkətlərinə sifariş verilir. Bu kino bazarının inkişafı, rəqabət mühitinin formalaşdırılması və sahənin stimullaşdırılması məqsədi daşıyır.

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən müsabiqələr vasitəsilə müxtəlif mövzularda, o cümlədən Milli Qəhrəmanlar, şəhidlər və Qarabağ müharibəsi ilə bağlı filmlərin istehsalı dəstəklənir. Bununla yanaşı, Nazirliyin tabeliyində olan ARKA-nın idarəçiliyini həyata keçirdiyi Nizami Kino Mərkəzində şəhid ailələri və qazilərlə bağlı filmlərin ödənişsiz əsaslarla nümayişi təşkil olunur, həmçinin bu kateqoriyadan olan şəxslərin iştirakı ilə film istehsalına təmənnasız dəstək göstərilir.

Hazırda “Salnaməfilm” studiyası Azərbaycan Dövlət Film Fondunun tərkibinə daxil edilib. Bu dəyişiklik kino irsinin vahid sistemdə qorunması, arxiv materiallarının müasir standartlara uyğun saxlanması və istifadəsinin təmin edilməsi məqsədi daşıyır”.

Qurumdan o da bildirilib ki, ARKA-nın nizamnaməsinə əsasən, Dövlət Film Fondunda mühafizə olunan milli filmlərin və onların ilkin materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi ilə bağlı tədbirlər görmək, habelə ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb üzə çıxarılmasını və surətlərinin Dövlət Film Fonduna təqdim olunmasını təmin etmək məhz Agentliyin vəzifə və hüquqlarına aid edilib:

“Eyni zamanda, qeyd edilməlidir ki, vətənpərvərlik mövzusuna dair filmlərin hazırlanması ARKA-nın daim diqqət mərkəzindədir və bu istiqamət gələcək fəaliyyət üçün də prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri