Icma.az
close
up
RU
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub

Vətən müharibəsi iştirakçısı hakim təyin olunub

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədliyyə mayoru, Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev hakim təyin olunub.

APA xəbər verir ki, o, Prezident İlham Əliyevin imzaladığı bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncama əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

Qeyd edək ki, C.Nəbiyev 1990-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.

C.Nəbiyev Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb.

Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif oluub.

Qeyd edək ki, C.Nəbiyev 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına", "Döyüşdə fərqlənməyə görə" medalları ilə, həmçinin Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see154

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri