Vətən müharibəsi qaziləri ilə görüş keçirilib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 noyabr, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının bir qrup üzvü ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Milli Ordusunun əsgər və zabitlərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkən polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən şanlı Zəfərin tarixi əhəmiyyətindən, xalq-dövlət-ordu birliyinin zəruriliyindən bəhs edib. Qeyd olunub ki, veteranlar anti-Azərbaycan qüvvələrinin təxribat xarakterli addımlarına çevik reaksiya verməli və həmin qüvvələrin, onların məkirli məqsədlərinin ifşası prosesində fəal iştirak etməlidirlər.
"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov və başqaları bundan sonra da Ali Baş Komandanın hər bir çağırışına səs verməyə hazır olduqlarını bildiriblər.
Görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vətənpərvərlik layihələri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 27 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















