Icma.az
close
up
RU
Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Energetika Nazirliyi tərəfindən həyata keçirilən “Söndür və qazan!” enerji səmərəliliyi kampaniyası çərçivəsində nazirlik və SOCAR-ın birgə tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Energy & AI” hakatonu keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 11-də Bakı Ali Neft Məktəbində təşkil olunacaq hakatonun əsas məqsədi tələbələrin innovativ və texnoloji potensialını enerji səmərəliliyi sahəsində mövcud praktiki problemlərin həllinə yönəltmək, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə innovativ və praktikada istifadə oluna bilən həllərin hazırlanmasını təşviq etməkdir.

Hakaton çərçivəsində iştirakçılara real enerji istehlakına dair məlumatlar təqdim olunacaq. İştirakçı komandalar həmin məlumatları təhlil edərək səmərəsiz enerji istehlakı hallarını aşkar etməli, onların mümkün səbəblərini müəyyənləşdirməli və enerji itkilərinin azaldılmasına yönəlmiş süni intellekt əsaslı rəqəmsal həllər və ya işlək prototiplər hazırlamalıdırlar.

Yarışda energetika, mühəndislik, informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt, data analitikası, iqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavriat, magistratura və doktorantura tələbələri iştirak edə bilərlər. Komandalar minimum 3, maksimum 5 nəfərdən ibarət olmalıdır. Hər bir komandadan qeydiyyat formasını doldurmaq tələb olunur.

Ümumi mükafat fondu 10 min 500 manat təşkil edən hakatonda birinci yerin qalibi olan komandaya 5000 manat, ikinci yerin sahibinə 3500 manat, üçüncü yeri tutan komandaya isə 2000 manat pul mükafatı təqdim olunacaq.

Hakatonda iştirak etmək istəyən tələbələr 2026-cı il 15 noyabr tarixinədək qeydiyyat forması vasitəsilə müraciət edə bilərlər.

Yarışla bağlı əlavə məlumat almaq üçün nazirliyin rəsmi veb səhifəsinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri