Somali naziri Media və Yayım Şurasında
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oktyabrın 28-də Media və Yayım Şurasında Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud ilə ikitərəfli görüş keçirilib.
Şuranın sədri Əhməd İsmayılov Azərbaycan ilə Somali arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin, media sahəsində təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, ölkələrarası əlaqələrin təşviqində və ictimaiyyətin obyektiv məlumatlandırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.
Somalinin informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud isə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, media və kommunikasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və müasir informasiya mühitinin çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.
Görüş zamanı rəqəmsallaşma şəraitində medianın inkişaf tendensiyaları, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması, süni intellektin və yeni texnologiyaların media mühitinə təsiri, eləcə də bu sahələrdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















