Vətən müharibəsi şəhidi İntiqam Abbasovun şəhadətinin 6 cı ildönümü anıldı
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu gün Masallı rayonunun Köçəkli kəndində şəhid baş gizir İntiqam Yavər oğlu Abbasovun 6-cı ildönümü anılıb.
Bu münasibətlə rayon rəhbərliyinin tapşırığına əsasən, icra başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Masallı rayonunun Köcəkli kəndində dəfn edilib.
Əlihüseyn Şükürov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 29 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















