Icma.az
close
up
RU
Zərdabda Vətən müharibəsi şəhidi Ağaqardaş Abbasovun xatirəsi anılıb

Zərdabda Vətən müharibəsi şəhidi Ağaqardaş Abbasovun xatirəsi anılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zərdab, 29 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Zərdab rayonunun Hüseynxanlı kəndində Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun baş leytenantı Ağaqardaş Abbasovun doğum günü qeyd olunub. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, xatirəsinə ehtiram göstərilib. Daha sonra ehsan süfrəsi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhid Ağaqardaş Abbasovun qısa, lakin şərəfli ömür yoluna nəzər salaraq onun qəhrəmanlığından söz açılıb. Qeyd olunub ki, o, Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda cəbhəyə yollanıb və döyüşlərdə mərdlik nümunəsi ortaya qoyub. Onun keçdiyi döyüş yolundan, göstərdiyi fədakarlıqlardan bəhs edilib, şəhidimizin adı daim qürurla xatırlandığı bildirilib.Vurğulanıb ki, Ağaqardaş Abbasov kimi qəhrəman oğulların həyat yolu gələcək nəsillər üçün örnəkdir. Onların vətənpərvərliyi, dövlətə və millətə sədaqəti daim yaddaşlarda yaşayacaq.

Tədbirdə şəhid ailəsinin üzvləri də çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Xatırladaq ki, Ağaqardaş Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaqardaş Abbasov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Zərdab rayonunun Hüseynxanlı kəndində dəfn olunub. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri