Icma.az
close
up
RU
Vətən müharibəsində Qələbə hərb sənəti prizmasında

Vətən müharibəsində Qələbə hərb sənəti prizmasında

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya Azərbaycanın çağdaş savaş təcrübəsini diqqətlə öyrənir

Ordu dövlətin müdafiə funksiyasının həyata keçirilməsi üçün zəruri şərt olmaqla, hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Dövlətin mövcudluğu özündə ordunun da mövcudluğunu ehtiva edir. Ordu isə sadəcə, mövcudluq atributu kimi çıxış etməməli, ona qarşı qoyulmuş tələblərə cavab verməlidir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin yayında yenidən hakimiyyətə qayıdışından sonra Silahlı Qüvvələrə diqqət və qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm, prioritet istiqamətlərindən birinə çevrildi. Onun Vətənin ağır günlərində yorulmaq bilmədən göstərdiyi fəaliyyət tədricən bəhrəsini verirdi. Ümummilli lider Heydər Əliyev mübarizlikdə, əyilməzlikdə ordu, əsgər və zabit üçün bir nümunə idi. O, Ali Baş Komandan kimi bu nümunəni sona qədər nümayiş etdirdi.

Prezident İlham Əliyev də başqa sahələrdə olduğu kimi ordu quruculuğunda da Heydər Əliyev həqiqətlərinə söykənir, ondan ilham alır, Ulu öndərin yolunu özü üçün işıq yolu hesab edirdi: “Müdriklik, mərdlik, güclü iradə, cəsarət – Azərbaycan xalqına xas olan bütün bu keyfiyyətlər Heydər Əliyevdə var idi... O, bir liderlik nümunəsi idi. Dəmir iradə nümunəsi idi... O, həmişə qalib gəlirdi. Heç kim və heç nə onu məğlub edə bilmədi. Qalib kimi yaşadı, öz xalqına xidmət etdi, qalib kimi də dünyadan getdi. Bizim vəzifəmiz, bizim borcumuz ondan ibarətdir ki, bu siyasəti davam etdirək... Azərbaycan dünyadakı mövqelərini daha da inamla möhkəmləndirəcəkdir. Biz öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edəcəyik”.

İlham Əliyev hakimiyyətə gələnə kimi ordu quruculuğunda əhəmiyyətli işlər görülmüş, pərakəndə silahlı dəstələr ləğv edilərək, vahid komandanlığa tabe olan ordu formalaşdırılmış, imkan dərəcəsində ordunun maddi-texniki bazası yaradılmışdı. Ölkə prezidenti Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yenə də işıq yolu həqiqətlərinə istinad edir və münaqişənin həlli üçün yalnız bir istiqamətli deyil, müxtəlif istiqamətli fəaliyyət müəyyənləşdirir və həyata keçirirdi. Onun fəaliyyəti iqtisadiyyatın inkişafı, güclü ordu, dövlətlərarası əməkdaşlıq əsasında dünya miqyasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, dost ölkələrlə, xüsusən Türkiyə Cümhuriyyəti ilə daha sıx münasibətlərin yaradılması, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində səmərəli irəliləyiş, ölkə daxilində birlik və vətənpərvərlik hissini artırmaqla müharibəyə hazır olmağı əhatə edirdi.

XXI əsrin birinci onilliyində Azərbaycan dövləti artıq bölgədə siyasi və iqtisadi sahələrlə yanaşı, hərbi sahədə də qüvvələr nisbətini öz xeyrinə dəyişməyə nail olmuşdu. Əslində, bu dəyişiklik Ermənistan tərəfini düşünməyə və konstruktiv olmağa vadar etməli idi.

Ordunun qalibiyyəti əsgər və zabitlərdə ruh yüksəkliyinin, döyüş əzminin, torpaqları azad etmək təşnəsinin olmasını tələb edirdi. Prezident cəbhə bölgəsində əsgərlərlə, zabitlərlə təmasda olanda bu ruh yüksəkliyini görərək, qeyd edirdi: “İndi Azərbaycan Ordusu bu bölgədə ən güclü ordudur. Son illər ərzində biz ordumuzu həm peşəkarlıq, hazırlıq, həm də avadanlıq, texnika, silah-sursat baxımından xeyli dərəcədə gücləndirmişik. Mən bütün bölgələrdə təmas xəttində olmuşam. Aprel ayında Füzuli rayonunda, ondan əvvəl Ağdam, Tərtər istiqamətlərində səngərlərdə əsgərlərlə görüşmüşəm və bir daha gördüm ki, gənc əsgərlərimizdə çox böyük ruh yüksəkliyi var”.

Azərbaycan xalqı Ali Baş Komandanın başçılığı altında 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın yeni təcavüzünə qarşı Zəfər yürüşünə başladı. Həmin günlərdə İlham Əliyevin döyüş meydanında baş verənlərə münasibəti hərbi-strateji və taktiki xarakter daşıyırdı. Çünki məqsəd Vətən torpaqlarının bütövlükdə və tamamilə işğaldan azad edilməsi idi. Prezident İlham Əliyev “status-kvo”, “təmas xətti” məfhumlarını “Vətən torpaqlarının işğaldan azad olunması”, “ərazi bütövlüyünün təmin olunması” ifadələri ilə əvəz etdi, artıq Azərbaycan sərhədləri çərçivəsində hər hansı bir xətdən söhbət getməməli idi, Vətənin hər bir qarış torpağı azad olunmalı idi.

Hər fəaliyyət sahəsi kimi hərbi işin də özünəməxsus cəhətləri vardır. Hərbi işdə əksər hallarda qərar birdəfəlik qəbul olunmur. Hər bir qərarın qəbul olunması üçün ilkin olaraq böyük düşüncə işi aparılır. Burada təkcə yüksəkliyi, şəhəri almaq, düşmənin cəbhəsini yarmaq barədə qənaətə gəlmək kifayət etmir. Burada, həmçinin sərkərdənin hansı miqyaslı olması və onun hansı qərarı qəbul etməsindən asılı olaraq, onlarla və ya minlərlə adamı hansı istiqamətdən, nə vaxt, hansı silahlarla döyüşə göndərmək, onların həyatına, tapşırığın uğurlu həllinə, əməliyyatın düzgün planlaşdırılmasına görə məsuliyyət hissi də təzahür edir.

Ali Baş Komandan Prezident İlham Əliyev də Azərbaycan Ordusunun döyüş meydanındakı əməliyyatlarına rəhbərlik edir, ordunun hansı istiqamətlərdə, nə vaxt və necə əməliyyat keçirəcəyini, bundan əldə olunacaq faydaları ölçüb-biçir, qoşun və birləşmələr arasında əlaqənin təmininə nəzarət edirdi. Kəşfiyyat xəbərlərinin və cəbhələrdə cari vəziyyətə dair toplanmış məlumatların saf-çürük edilməsi, buna müvafiq olaraq əməli təklif və sərəncamların, gələcək əməliyyat planlarının hazırlanması, cəbhənin silah, döyüş sursatı və digər maddi vasitələrlə təmin olunması, ehtiyat qüvvələrinin yaradılması – bütün bunlar İlham Əliyevin nəzarətində olmaqla döyüş meydanlarında uğurun əldə edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi.

Dövlətimizin başçısı İlham Əliyev 15 oktyabr 2020-ci il tarixində Türkiyənin NTV televiziyasına müsahibəsində deyirdi: “Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. ...biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib”.

Prezident İlham Əliyev Azərbaycan ərazilərini güc tətbiq etmək yolu ilə azad etməyə hazırlaşarkən özü də hərb sənətinin incəliklərinə bələd olmuş və sərkərdəlik məharətlərinə, hərb sənətinin sirlərinə yiyələnmişdi. O, öz qoşunlarının hərəkətini istiqamətləndirməyi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olmağı bacarırdı.

Dövlət başçısının rəhbərliyi ilə aparılan döyüşlər hərbi üstünlüklər əldə etmək, işğal altında olan torpaqları oba-oba, kənd-kənd azad etməklə bərabər, həm də siyasi əhəmiyyətə malik idi. Bu döyüşlər erməni silahlı qüvvələrini “cəzalandırmaqla”, onlara “öz yerlərini göstərməklə” yanaşı, Ermənistanı danışıqlar prosesinə, həm də Azərbaycan üçün sərfəli olan şərtlərlə danışıqlar prosesinə başlamağa məcbur edirdi. Azərbaycan Ordusu milli vahidliyin bəhrəsini görür, bu birlik daha da möhkəmlənir, Azərbaycan əsgəri qürur və məmnunluq hissləri yaşayırdı.

İşğalçı Ermənistan uzun illər ərzində işğal olunmuş ərazilərdə istehkamlar, səngərlər yaradaraq məlumatları gizli saxlayaraq, hücum əməliyyatlarının həyata keçirilməsini daha da çətinləşdirirdi. Buna baxmayaraq, Azərbaycan Ordusu peşəkarlığı, hazırlığı, əzmkarlığı və mənəvi ruh yüksəkliyinə görə fərqlənirdi. Müasir müharibənin taleyi qədim zamanlardakı kimi döyüşdə iştirak edən adamların sayı ilə deyil, əsgər və zabitlərin döyüş hazırlığı, müasir texnika, silahlara malikolma və onlardan istifadə etmək bacarığı ilə müəyyən edilirdi.

Ordunun əsgərləri üçün silahdan əlavə, onların cəhdlərini gücləndirən, fəallıqlarını yüksəldən və onları nəzərdə tutulan məqsədə aparan mənəvi stimullar da zəruridir. Ali Baş Komandan İlham Əliyev müharibə döyüşçülərinin igidlik və mərdliklərini yüksək qiymətləndirir, onlara olan inamından güc və qüvvət alırdı.

Çünki vətənini, torpağını böyük məhəbbətlə sevən, işğal altında olarkən dağıdılmış şəhər və kəndlərin vəziyyətinə görə düşmənə dərin nifrət bəsləyən sadə Azərbaycan əsgər və zabiti tarix yazırdı. Onlar özlərinin Vətən, xalq qarşısında borclarını sadəcə yerinə yetirmir, həm də bu borcu cəsarətlə, mərdliklə, düşmənə ağır zərbələr endirməklə edirdilər. Ölmək lazım gələndə isə onlar müdhiş ölümün üzünə mərdi-mərdanə, dik baxırdılar. Həlak olanların dostları isə döyüş yoldaşlarının həlak olmasından kədərlənərək, döyüşü daha da qəhrəmanlıqla davam etdirir, öz borclarını mərdliklə yerinə yetirirdilər.

Döyüşün Vətən torpağının azad olunması ilə nəticələnməsi isə azadlıq mübarizlərinə yeni ruh, güc və təpər verdi. Prezident İlham Əliyevin Vətən müharibəsi günlərində nə qədər zəhmətə qatlaşdığı göz qabağında idi. Bu zəhmət çoxtərəfli fəaliyyəti əhatə edirdi. Lakin əsas və vacib olan o idi ki, onun zəhməti öz bəhrəsini verirdi. Müharibə günlərində onun fəaliyyəti çox geniş dairəni əhatə edirdi. Dinc vaxtda silahlı qüvvələrin hazırlığı, təchizatı, təlim prosesi, əsgər və zabitlərin yaşayış şəraiti ilə bağlı, müharibənin gedişində isə ordudan düzgün istifadə olunması, hücum əməliyyatlarının hazırlanması və həyata keçirilməsi ilə bağlı bütün məsuliyyəti Ali Baş Komandan öz üzərinə götürür, Ordu rəhbərləri ilə birlikdə hərbi əməliyyatların uğurlu keçməsinə öz töhfə və dəstəyini verirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il mart ayının 15-də Qarabağa növbəti səfəri zamanı Azərbaycan əsgərinin mənəvi keyfiyyətlərindən söhbət açarkən deyirdi: “Dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar… Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür”.

44 günlük müharibə dövründə Azərbaycan ordusu Ermənistanın təxribatlarına yalnız adekvat cavab vermis, nəticədə beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan əraziləri azad etmişdi. Azərbaycan Ordusu yüksək səviyyəli döyüş bacarığını və potensialını nümayiş etdirərək Ermənistanı döyüş meydanında məğlub etmiş, onları işğal etdikləri torpaqlardan qaçmaq məcburiyyətində qoymuşdu. Bu, hərb sənətinə yiyələnmənin, onun incəliklərindən məharətlə istifadə etmənin bariz nümunəsi, əyani təcəssümü idi.

Vəfaddin İBAYEV,
Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see194

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see193

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see169

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see158

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri