Icma.az
close
up
RU
Vətən müharibəsinin 11 ci günü Düşmənə sarsıdıcı zərbələr endirilir

Vətən müharibəsinin 11 ci günü Düşmənə sarsıdıcı zərbələr endirilir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2020-ci il oktyabrın yeddisi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on birinci günü.

Oxu.Az xatırladır ki, dörd il əvvəl bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilir.

Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verir. Düşmənin 10-dək tankı, altı ədəd D-20 topu, bir ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir. Ermənistan ordusunun müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk və "Euronews" telekanallarına müsahibə verir.

Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayır: Sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri və minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, səkkiz silah-sursat anbarı, 150-dək avtomobil texnikası və bir ədəd "S-300" zenit-raket kompleksi məhv edilir.

Həmçinin Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikanın, həmçinin düşmən ordusuna məxsus bir neçə döyüş texnikasının məhv edilməsinin videogörüntülərini paylaşır.

Baş Prokurorluğun oktyabrın 7-nə olan məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatır, 66 mülki obyektə və 427 evə ciddi ziyan dəyir.

Baş Prokurorluq həm də Ermənistanın qadağan olunan bombadan istifadə edərək Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayır.

Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin silahlı birləşmələrinin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə oktyabrın 6-da saat 18:30-da Azərbaycan Respublikasının Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli "Smerç" tipli böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb.

Raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində onun içərisində olan bombacıqlardan bir hissəsi Yevlax rayonunun Aran qəsəbəsindən keçən, diametri 42 düym olan Cənubi Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib.

Həmçinin, oktyabrın 7-də Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərərkən Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq dərhal məhv edilir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi və üçrəngli bayrağımızın dalğalandığı Suqovuşan ərazisinin "Azersky" peykindən əldə olunmuş təsviri təqdim edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri