Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Düşmənə divan tutan Vətən savaşı

Düşmənə divan tutan Vətən savaşı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, zamanın fövqünə yüksələrək millətin yaddaşına əbədi həkk olunur. 8 Noyabr Zəfər Günü məhz belə tarixi günlərdəndir. Bu gün xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin, dövlətçilik əzminin və qəhrəmanlığının təntənəsidir. Bu, illərlə həsrətində olduğumuz torpaqlarımızın azadlığına qovuşduğu, milli qürurumuzun, tarixi ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğu şanlı tarixdir.

Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Azərbaycan xalqı bu həqiqəti qəhrəmanlığı, fədakarlığı ilə bir daha təsdiqlədi. 30 ilə yaxın davam edən işğal və həsrət dövrü xalqımızın Vətən sevgisini, torpaqlarımıza bağlılığını daha da gücləndirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük sevinc və qürur yaşatdı. Bu möhtəşəm Qələbə illərlə aparılan məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, düşünülmüş diplomatiya və ən başlıcası, qətiyyətli siyasi iradə sayəsində əldə edildi. Zəfər həm də Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın sarsılmaz əzminin və milli birliyimizin dünyaya nümayişi oldu.

Müasir, müstəqil Azərbaycanın bugünkü qüdrətinin və tarixi nailiyyətlərinin təməlində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Müstəqilliyimizin ilk illərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyimizin möhkəm təməllərini yaratdı. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir dövlət quruculuğunun əsasları formalaşdırıldı, iqtisadi inkişafın strateji istiqamətləri müəyyənləşdirildi, milli ordunun yaradılması və gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldi, ölkəmiz etibarlı tərəfdaş kimi tanındı. Bütün bunlar gələcək böyük uğurlarımızın, o cümlədən tarixi Zəfərimizin siyasi, iqtisadi və hərbi əsaslarını təşkil etdi.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müasir Azərbaycan Respublikasının memarı, Azərbaycan xalqının gələcəyini bir mayak kimi işıqlandıran ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasını onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib, güclü iqtisadiyyata, qüdrətli orduya, möhkəm beynəlxalq mövqeyə və müstəqil xarici siyasətə malik nüfuzlu dövlətə çevrilib. Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, milli maraqlara əsaslanan qətiyyətli mövqeyi, diplomatik məharəti və sarsılmaz iradəsi ölkəmizin qarşısında yeni üfüqlər açıb. Ümummilli liderin tarixi sözləri ilə desək: “Azərbaycan dünyaya günəş kimi doğub”. Möhtərəm Prezidentimizin xalqımızın 30 ilə yaxın davam edən Qarabağ həsrətinə son qoyması, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasına nail olması sayəsində Azərbaycan dünyanın hər yerindən qalib, qürurlu və möhtəşəm görünür.

Belə bir el məsəli var: müdrik sərkərdə əvvəl müharibəni udur, sonra döyüşə başlayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev uzun illər bu müharibəni bütün sahələrdə apardı, əvvəlcə qələbənin siyasi, iqtisadi, informasiya və hərbi əsaslarını yaratdı, sonra isə xalqımıza böyük Zəfər yaşatdı. 44 günlük Vətən müharibəsi bu həqiqətin parlaq təsdiqi oldu. Dövlət başçısı müharibənin ilk günündən son gününədək həm Ali Baş Komandan, həm mahir diplomat, həm də xalqının inam və ümid ünvanı kimi özünü təsdiqlədi. Onun Azərbaycan xalqına müraciətləri, xarici media nümayəndələrinə verdiyi müsahibələr, tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi informasiya müharibəsində də ölkəmizə böyük üstünlük qazandırdı. Xalqımız həmin günlərdə dəmir yumruq kimi birləşdi. Ön cəbhədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərir, arxa cəbhədə isə milyonlarla soydaşımız Ordumuza mənəvi dəstək verir, qələbəyə inanırdı. Hər kəsin ürəyində bir arzu, dilində bir çağırış vardı: Qarabağ Azərbaycandır! Bu birlik, bu inam və bu sarsılmaz iradə Zəfərimizin ən mühüm mənəvi dayaqlarından biri idi.

Vətən müharibəsində Azərbaycan gəncliyinin nümayiş etdirdiyi qəhrəmanlıq isə ayrıca bir tarixdir. Könüllü olaraq cəbhəyə yollanan, Vətən torpağını qorumaq üçün canından keçməyə hazır olan gənclərimiz milli ruhun, vətənpərvərliyin və qəhrəmanlıq ənənələrinin necə güclü olduğunu bütün dünyaya göstərdilər. Onlar sübut etdilər ki, Azərbaycan gəncliyi öz dövlətinə, xalqına, tarixinə və milli-mənəvi dəyərlərinə bağlıdır. Şuşanın sıldırım qayalarından yüksələn üçrəngli bayrağımızın dalğalanması isə bu qəhrəmanlığın ən möhtəşəm rəmzlərindən birinə çevrildi.

Əlbəttə, bu böyük Zəfərin ən ağır və müqəddəs qiymətini şəhidlərimiz ödədilər. Vətən torpağının azadlığı uğrunda canlarından keçən igid əsgər və zabitlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onlar ömürlərini Vətənə bağışlamaqla ölümsüzlük qazandılar. Bu gün azad Qarabağda dalğalanan hər bir bayraq, ucaldılan hər bir bina, bərpa olunan hər bir kənd və şəhər şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış Zəfərin təntənəsidir. Qazilərimiz də bu şərəfli tariximizin canlı qəhrəmanlarıdır. Onların fədakarlığı, iradəsi və Vətənə bağlılığı hər birimiz üçün örnəkdir. Şəhid ailələrinə, qazilərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğı xalqımızın milli-mənəvi birliyinin, şəhidlərimizin əmanətinə sədaqətinin ifadəsidir. Bizim borcumuz onların qəhrəmanlığını unutmamaq, övladlarımızı bu müqəddəs tarixə hörmət ruhunda yetişdirməkdir.

Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdırlar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin ərazilərə göstərdikləri diqqət, həyata keçirilən layihələr, tarixi və dini abidələrimizin bərpası Azərbaycanın gələcəyə inamla baxdığını nümayiş etdirir. İşğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır, yeni yaşayış məntəqələri, məktəblər, yollar, sosial və iqtisadi infrastruktur yaradılır.

Bu tarixi Zəfərin mahiyyətinin gələcək nəsillərə çatdırılmasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə respublika ağsaqqalları üzərlərinə düşən vəzifələri həyata keçirmək üçün daim fəaliyyətdədirlər. Ulu öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Onlar cəmiyyətin mənəvi dayağı, müdriklik və həyat təcrübəsi məktəbidir.

Ağsaqqallarımız gənclərə Vətən sevgisi, dövlətə sədaqət, milli birlik, tarixi yaddaşa hörmət aşılayır, şəhidlərimizin qəhrəmanlığını və Zəfərimizin əsl mahiyyətini anladır. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi biz ağsaqqallar da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, ölkəmizin daha da inkişaf etməsini ən ali vəzifə hesab edirik. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə yeni nailiyyətlər əldə edəcək.

8 Noyabr Zəfər Günü bizim üçün, sadəcə, təqvimdə qeyd olunan bayram deyil. Bu gün milli yaddaşımızın, tarixi ədalətin, dövlətçilik qürurumuzun və xalqımızın yenilməzliyinin təntənəsidir. Bu gün biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildirir, rəşadətli Ordumuzla, Müzəffər Ali Baş Komandanımızla fəxr edirik. Bu fəxarət poetik ifadəsini belə tapıb :

Qızıldan imza atdın
Tarixin yaddaşına.
Şanlı bir tarix yazdın
Vətənin savaşına.
Prezidentim İlhamım,
Ali Baş Komandanım!

Bayram YUSİFOV,
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri