Icma.az
close
up
RU
Vətən müharibəsi qazisi: Torpağımızı canımız qanımız bahasına olsa belə düşmənə verməzdik

Vətən müharibəsi qazisi: Torpağımızı canımız qanımız bahasına olsa belə düşmənə verməzdik

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Samux, 11 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şanlı Zəfərlə nəticələnən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mənsublarının da qəhrəmanlığı danılmazdır. Daxili Qoşunların mərdlik, vətənpərvərlik nümunəsi göstərən, düşmənlə ağır döyüşlərə qatılan 66 hərbçisi şəhid olub, 346 nəfər isə yaralanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qazi Fəzamir Məmmədov da sağlamlığını Vətən yolunda qurban verən igidlərimizdəndir.

Fəzamir Pazıl oğlu Məmmədov 1993-cü yanvarın 9-u Samux rayonunun Sarıqaya kəndində anadan olub. Orta məktəbi də doğma kənddə oxuyub. 2011-ci ilin yanvar ayında isə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərb sahəsinə marağı böyük olan Fəzamir Məmmədov 2013-cü ildən Daxili Qoşunlara müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan Fəzamir pulemyotçu kimi igidlik göstərib. O, Murovdaq istiqamətində, Hadrut, eləcə də Xocavəndin bir sıra kəndləri, Cəbrayılın, Füzulinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

“Torpaqlarımızın işğal altında olması bizim üçün yara idi. Bu yaranı sağaltdıq, qara ləkəni üzərimizdən götürdük. İlk döyüşüm Murovdağ yüksəkliyində olub. Cəbrayıl, Hadrut və digər istiqamətlərdə gedən döyüşlərdə də var gücümüzlə mübarizə apardıq” - deyə Fəzamir Məmmədov bildirir. Müsahibimiz söyləyir ki, 44 gün ərzində döyüş yoldaşları ilə birgə ancaq Vətən torpaqlarını düşmən tapdağından azad etmək, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək, orduya bəslənən ümidləri doğrultmaq üçün mübarizə aparıb.

Fəzamir Məmmədov Füzuli şəhərində gedən döyüşlərdə ağır yaralanıb. Üçüncü qrup əlildir. “Füzuli şəhərində düşmənin hərbi hissəsini, heyətini məhv elədik. Bayrağı yüksəkliyə sancdıq. O biri taborumuz da günbəzin yanındakı yüksəkliyə bayraq sancmışdı. Düşmən bayrağımızı görüb qıcıqlanırdı. Bizi 3 gün artilleriya atəşinə tutdular, şəhidlərimiz oldu. Üç-dörd gün dayanmadan döyüş getdi. Düşmən istəyirdi ki, şəhəri geri alsın, amma torpaq bizim torpaqdır, onu canımız-qanımız bahasına belə olsa düşmənə verməzdik. Oktyabrın 16-da orada yaralandım”, - deyən Fəzamir Məmmədov onu da bildirir ki, şanlı Qələbənin, bu qələbədə pay sahibi olmağın sevincini böyük qürurla yaşayıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fəzamir Məmmədov döyüşlərdə göstərdiyi şücaətlərə görə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri