Icma.az
close
up
RU
Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2020-ci il oktyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin beşinci günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində sarsıdıcı artilleriya zərbələri endirirlər.

Oxu.Az xatırladır ki, həmin gün hücumlar nəticəsində düşmən bütün cəbhə boyu ağır itkilər verir. Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk dörd gündə olduğu kimi, müharibənin beşinci günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır.

Baş Prokurorluq məlumat yayaraq bildirir ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşən top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Zabil Məhəmməd oğlu Həsənov həlak olub, avtovağzala ciddi ziyan dəyib. Həmçinin, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşən top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Mürşüd Rəşid oğlu Məmmədov və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olublar, yaşadıqları evə külli miqdarda ziyan dəyib. Hər iki faktla bağlı cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyi isə Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verdiyini bildirir. Hadisə yerinə cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində evin bir hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Tərtər rayonunun Səhləbad kəndində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını başa çatdırması mümkün olmayıb. Bundan başqa, Tərtər rayonunda qəbiristanlıq ərazisinə mərmi düşməsi nəticəsində başlayan yanğına ərazi atəşə tutulduğundan müdaxilə etmək mümkün olmayıb.

Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy və Ağdam rayonlarının cəbhəboyu kəndləri də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə məruz qalır.

Lakin düşmənin təxribatları bununla da bitmir. Ermənistan ordusu Gorus rayonu istiqamətindən Azərbaycan ərazisini raket atəşinə tutur. Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum olur. Birinci hücum isə müharibənin dördüncü günündə Basarkeçər rayonu ərazisindən Daşkəsən rayonu ərazisinə həyata keçirilir. Mənfur düşmənin dinc əhaliyə və mülki infrastruktura divan tutmasından fərqli olaraq, Azərbaycan Ordusu dinc sakinlərə zərər vurmadan, müharibəni yalnız döyüş meydanında apararaq irəliyə doğru addımlayır.

Bunun bariz nümunəsi Müdafiə Nazirliyinin günün ikinci yarısında yaydığı növbəti məlumatda öz əksini tapır:

"Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib".

Məğlubiyyətlə barışmayan Ermənistan hərbi-siyasi rəhbərliyi isə təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edirdi. Düşmən xüsusilə də qardaş Türkiyəni münaqişə tərəfi kimi göstərməyə çalışır, beynəlxalq ictimaiyyəti çaşdırmaqla təxribatlarına don geyindirməyə cəhd göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ermənistanın bu iftirasına Türkiyə Böyük Millət Məclisinin tribunasından cavab verir:

"Türkiyə olaraq, azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və bütün qəlbimizlə dəstək verməyə davam edəcəyik. Bu bölgədə daimi sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir. Ermənistan rəhbərliyini isə hər şeyi bir kənara qoyub, israrla Türkiyəyə böhtan atmaq cəhdi əsla xilas etməyəcək".

Bir sözlə, düşmən hər nə qədər də mübarizəni namərdcəsinə aparsa da, döyüşlərin beşinci günü də Azərbaycan Ordusunun üstünlüyü ilə sona çatır.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri