Icma.az
close
up
RU
Vətən müharibəsinin iştirakçısı bacısının ərini öldürdü Cəzadan azad olundu

Vətən müharibəsinin iştirakçısı bacısının ərini öldürdü Cəzadan azad olundu

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəki rayonunda 1988-ci il təvəllüdlü Cavid İsayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu, 1982-ci il təvəllüdlü Asif Həşimovu qətlə yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Cavid könüllü olaraq iştirakçısı olduğu Vətən müharibəsində (2-ci Qarabağ Müharibəsində) mərmi partlayışı nəticəsində aldığı kontuziya səbəbli düçar olduğu “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, və onları idarə etmək iqtidarında olmayıb. 
Cavid psixi pozuntu fonunda 26 oktyabr 2023-cü ildə, saat 15 radələrində düşdüyü situasiyanın təsiri altında bacısının əri Asif ilə onun yaşadığı Şəki rayonunun Aşağı Küngüt kəndində “Candarlı məhəlləsi” adlanan ərazidə yerləşən fərdi yaşayış evində olan zaman onun bacısına və övladlarına qeyri-etik hərəkətlər etdiyindən, bacısını  ailədaxili münaqişələr zamanı tez-tez övladlarının gözü önündə təhqir edərək döydüyündən, o cümlədən həmin gün davam edən mübahisə zamanı onun və bacısının ünvanına çoxsaylı nalayiq ifadələr işlətdiyindən ondan özünün istifadəsində olan idarə etdiyi “VAZ 2107” markalı avtomobilə əyləşməsini tələb edib. 
Bundan sonra Asif həmin avtomobilin ön sərnişin oturacağında əyləşib, Cavid isə qeyd olunan avtomobilin arxa tərəfində yük yerindən “Məhəmmədin dükanı” adlı mağazadan kababçı işlədiyi restoranda istifadə etmək məqsədilə aldığı bıçağı götürüb. 
O, avtomobilin sürücü sükanı arxasında əyləşib və bıçağı sağ ayağının yan hissəsinə söykəməklə avtomobili idarə edərək həmin yaşayış evindən üzü aşağı kəndin çıxışı istiqamətində 30 metr aralaşdıqdan sonra avtomobili saxlayıb. 
Asif Həşimovun yenidən onun və bacısının ünvanına nalayiq ifadələr işlətməsindən sonra onun psixi-emosional vəziyyətində qəzəb və emosional reaksiyalara meyllilik əmələ gəlməklə avtomobilində olan özünə məxsus bıçağı götürüb. 
O, anlaqsız vəziyyətdə həmin bıçaqla avtomobilin sağ yan tərəfində əyləşmiş Asif Həşimova zərbələr yetirib. Asif aldığı zərbələrdən hadisə yerində ölüb. 
Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Asif ilə arasında tez-tez mübahisə olub: 
“Asif məni və bacımı təhqir edib. 2020-ci ildə Vətən müharibəsində iştirak etmişəm. Həmin müharibədən sonra psixi xəstəliklərə düçar olmuşam, dərmanlarımı vaxtlı vaxtında qəbul etmədikdə psixi durumum kəskinləşib. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Fidan” restoranında 3-4 gündən bir kababçı işləmişəm. İş olmadıqda Şəki şəhərinə qayıtmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 26 oktyabr 2023-cü ildə, təxminən saat 14 radələrində arvadı, bacısı və bacısının əri Asif Həşimovla birlikdə sonuncunun Şəki rayonunun Aşağı Küngüt kəndində yerləşən yaşadığı fərdi yaşayış evində olublar: 
“Bu zaman həmin kənddə yaşadığımız fərdi yaşayış evinin yaxınlığında olan özünə məxsus torpaq sahəsində ev tikərək oraya köçmələrini Asif Həşimova təklif etdik. Asif isə bunu qəbul etməyərək əvvəlcə ailəmin və mənim ünvanıma, daha sonra isə bacımın ünvanına nalayiq ifadələr işlətdi. Bu səbəbdən  Asif Həşimova irad bildirdim. Bu zəmində aramızda mübahisə yarandı. Əvvəllər də Asif ilə aramızda qeyd olunan münasibətlər zəminində mübahisə yarandığından mən bu məsələni birdəfəlik həll etmək qərarına gəlmişəm. Bu məqsədlə Asif Həşimov evi tərk etdi. 
Daha sonra  özümə məxsus olan “VAZ 2107” markalı avtomobilin ön sol oturacağında, Asif Həşimov isə ön sağ oturacağında əyləşdi. Bu zaman kababçı işlədiyim restoranda istifadə etmək üçün Şəki şəhərində bazarda adını xatırlamadığım mağazadan aldığım, özümə məxsus olan avtomobilin yük yerinə qoyduğum bıçağı oradan götürərək yanımda saxladım. Həmin vaxt Asif Həşimov bunu görsə də, mənim və bacımın ünvanına nalayiq ifadələr işlətməyə davam etdi”.
Cavid bildirib ki, daha sonra avtomobilin mühərrikini işə salaraq avtomobili idarə edib: 
“Həmin vaxt Asif Həşimova haqlı iradlarımı bildirməyimə baxmayaraq, sonuncu yenidən mənim və bacımın ünvanına nalayiq ifadələr işlətdiyi üçün Aşağı Küngüt kəndinin ərazisində sağ ayağımın yan tərəfinə qoyduğum bıçaqla onun şah damarına zərbə vurdum. Bu zaman Asif yalvarsa da, mən  buna məhəl qoymayaraq onun ürək nahiyəsinə ikinci zərbəni endirdim. Bundan sonra avtomobili saxladım və avtomobildən düşərək Asif Həşimovun əyləşdiyi digər ön qapını açdıqda sonuncunun avtomobilin sürücü otağı tərəfə meyl edərək qaçmağa çalışdığını gördüm. Asifin ayaqlarından tutaraq özümə tərəf çəkdim və onun bud nahiyəsinə üçüncü zərbəni endirdim. 
Həmin zərbələri endirmək də məqsədim Asif Həşimovu öldürmək olub. Bundan sonra avtomobili idarə edərək Şəki Rayon Mərkəzi Xəstəxanasına tərəf hərəkət etdim və hərəkətdə olan zaman Asif Həşimovun hərəkət etməməsinə əsasən onun öldüyünü düşündüm. Hərəkət edərək Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdım və xəstəxananın qarşısında avtomobilini saxladım. Asif Həşimovu avtomobildən düşürdüm, daha sonra isə həmin bölmədə qana bulaşmış əllərini yudum və geri qayıtdıqda adını bilmədiyim tibb işçiləri artıq Asif Həşimovun öldüyünü dedilər. Bundan sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinə gedərək təslim oldum”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. 
O, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib. 
Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see181

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri