Icma.az
close
up
RU
Vətən müharibəsinin üçüncü günü Düşmənin S 300 zenit raket qurğusu sıradan çıxarılır

Vətən müharibəsinin üçüncü günü Düşmənin S 300 zenit raket qurğusu sıradan çıxarılır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2020-ci il sentyabrın 29-u - Azərbaycanın azadlıq savaşının üçüncü günü. Ordumuzun gücü və qüdrəti hesabına tarixi ədalət bərpa olunur. Düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatı davam edir. Azərbaycan Ordusunun zərbələri qarşısında aciz qalan Ermənistan rəhbərliyi və ordusu müxtəlif dezinformasiyalar yayaraq daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti çaşdırmağa davam edir.

Oxu.Az xatırladır ki, müharibənin üçüncü günü Ermənistan silahlı qüvvələri Basarkeçər rayonundan Daşkəsən rayonunu atəşə tutub. Düşmənin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdamın Qaradağlı kəndində tibb məntəqəsinə düşən top mərmisinin qəlpələrindən kənd sakini həlak olub, məntəqənin binası dağılıb, ərazidəki sakinlər təxliyə ediliblər. Ümumilikdə isə müharibənin ilk üç günündə dinc əhali arasında erməni terrorunun qurbanlarının sayı 12-yə çatıb, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 66 yaşayış məntəqəsi, səkkiz mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun bölmələri düşmənin canlı qüvvələrini, hərbi obyektlərini, döyüş texnikalarını məhv edib. Xocalı rayonunun Şuşa kəndi ərazisində düşmənin bir ədəd "S-300" zenit raket qurğusu sıradan çıxarılıb.

Lakin əldə etdiyimiz uğurlar yalnız döyüş meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də davam edib. Belə ki, sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Prezident İlham Əliyev aparıcıların suallarına faktlarla, Ermənistanın baş naziri Nikol Paşinyan isə yalan və saxta ittihamlarla cavab verib, daha dəqiq desək, özünü açıq-aşkar aciz vəziyyətə salıb. Bu, müharibənin üçüncü günündə qələbəmizin daha bir təntənəsi kimi yadda qalıb

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Sentyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri