Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Vətən müharibəsinin XTQ döyüşçüsü: 16 oktyabrda yaralandı, 16 dəfə əməliyyat olundu

Vətən müharibəsinin XTQ döyüşçüsü: 16 oktyabrda yaralandı, 16 dəfə əməliyyat olundu

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər qarış torpaq uğrunda canından keçməyə hazır olan, qəhrəmanlığı ilə Zəfər tariximizi yazan igidlərimiz heç vaxt unudulmur. Onların şərəfli döyüş yolu gələcək nəsillər üçün Vətən sevgisinin və fədakarlığın əsl nümunəsidir. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında illərlə xidmət edən, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq döyüşən qəhrəmanlarımızdan biri də Ceyhun Əhmədovdur.
Modern.az-la həmsöhbət olan Ceyhun Əhmədov döyüş yolu ilə bağlı xatirələrini bizimlə bölüşüb:
"Uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişəm. Hərbi xidmətimin 25 ilini Xüsusi Təyinatlı Qüvvələrdə keçirmişəm. 44 günlük Vətən müharibəsində də bir hərbçi kimi üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmışam. Bizim üçün Vətənin müdafiəsi sadəcə peşə deyil, həm də müqəddəs borc idi".

Ceyhun Əhmədov hisslərini ifadə edərkən düşüncələri və emosiyaları qarışırdı. O qeyd edib ki, silah yoldaşları ilə yaşadığı çətin vaxtlar heç vaxt ağlından silinmir.
"Müharibədə elə anlar olur ki, insanın yaddaşından heç vaxt silinmir. Silahdaşların çiyin-çiyinə mübarizə aparması, bir-birinə dayaq olması, Vətən uğrunda göstərilən fədakarlıq unudulmazdır. Müharibənin ağrısını yaşayan insan bir-brinin qədrini daha yaxşı bilir.
Qələbə xəbərini eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Bu, həm böyük sevinc, həm qürur, həm də kövrəklik idi. Çünki bu Zəfər asan qazanılmamışdı. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin fədakarlığı hesabına əldə edilmişdi. Mənim üçün ən böyük sevinc Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi".
Ceyhun Əhmədov Kəlbəcər, Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində döyüşüb.
"Hər istiqamətin öz çətinliyi, öz ağırlığı var idi. Dağlıq ərazi, mürəkkəb döyüş şəraiti, düşmənin müqaviməti... Bütün bunlara baxmayaraq, irəli getməkdən başqa yolumuz yox idi.
Müharibədən danışanda insanın gözləri önündə çox hadisələr canlanır. Ən çox yadda qalan isə silahdaşların birliyi və bir-birinə olan inamıdır. Döyüşdə insan anlayır ki, yanında dayanan yoldaşın sənin üçün nə qədər dəyərlidir. Ən ağır olan isə döyüş yoldaşlarını itirməkdir. Hər bir şəhid bizim üçün bir qardaş, bir ailə üzvü idi. Onların xatirəsi heç vaxt yaddaşımızdan silinməyəcək".
Ceyhun Əhmədovun sözlərinə görə, onun üçün ən ağır gün 16 oktyabr 2020-ci il tarixi olub:
"Həmin gün döyüşdə ağır yaralandım. Mina partlayışı nəticəsində hər iki ayağımdan xəsarət aldım. Bundan sonra uzun və çətin müalicə dövrüm başladı, 16 böyük cərrahiyyə əməliyyatına məruz qaldım.
Amma bütün bu ağrılara baxmayaraq, heç vaxt Vətən uğrunda döyüşdüyümə görə peşman olmamışam. Çünki mən öz vətəndaşlıq və hərbi borcumu yerinə yetirmişəm. Bu gün mənim üçün ən böyük qürur odur ki, torpaqlarımızın azadlığı uğrunda mübarizənin iştirakçısı olmuşam".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see297

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see288

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see274

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see271

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see271

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see265

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see263

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see263

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see256

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see238

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see237

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see234

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see229

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see228

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see227

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see227

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see223

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see222

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri