Icma.az
close
up
RU
Vətən torpağını göz bəbəyi kimi qorudu

Vətən torpağını göz bəbəyi kimi qorudu

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsində ölkəmizdə yaşayan müxtəlif millətləri-ləzgiləri, yəhudiləri, talışları, çaxurla­rı və s. təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qara­bağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyü­şdülər. Onların bu torpağa qəlbən bağlanması hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi İkinci Qarabağ müharibəsində də bir daha öz təsdiqini tapdı. Qazanılan möhtəşəm Qələbə çiyin-çiyinə bir amal uğrunda birliyin, yumruq kimi birləşərək mübarizə aparmağın nəticəsi idi.

Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız haqqında danışacağıq.  Vətən müharibəsi şəhidi Azərbaycan Ordusunun  polkovnik-leytenantı Babək Meyvəddin oğlu Ramaldanov. 1982-ci il avqustun 9-da  Bakı  şəhərində anadan olub. Əslən Qusardan və milliyyətcə  ləzgi idi. 1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə  Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1999-2003-cü illərdə Heydər Əliyev adına  Azərbaycan  Ali Hərbi Məktəbində təhsil alıb.   

 2004-cü ildən 2014-cü ilə qədər Naxçıvanda Vətənin keşiyində durur. Naxçıvanda xidməti də özünə şərəf saydı. 2015-2017-ci illərdə Sumqayıt və Pirəküşküldəki hərbi xidmətlərdə zabit şərəfinə sadiq qalaraq çalışır. 2017-2019-cu ildə isə Rusiya Federasiyasının Frunze adına  Ali Ümumqoşun Akademiyasında ikiillik ali hərbi kursu keçir. Böyük dayısı tanınmış hərbçi Şair Ramaldanov da  hələ sovet dönəmində burada təhsil almışdı. Babək Rusiya Federasiyasının Frunze adına Hərbi akademiyasını uğurla bitirib, geri dönəndən sonra, o artıq polkovnik-leytenant rütbəsinə layiq görülür. Azərbaycan ordu tarixində akademiyada  ilk qızıl medal alan azərbaycanlı da məhz Babək olmuşdur. 

2019-cu ilin sentyabrından onu Tovuz qarnizonunda briqadanın qərargah rəisi  motoatıcı briqada komandirinin müavini təyin edirlər. Heç 6 ay keçməmiş general-mayor Polad Həşimov onu Gəncəyə N saylı hərbi hissəyə göndərir.

Vətənin torpaqlarının azad olunması üçün səfərbərlik elan edildikdən sonra Gəncə Qarnizonu da şəxsi heyət ilə döyüş hazırlığına başlayır. Taborlar müdafiə zonasına göndəriləndə polkovnik Babək Ramaldanov öz şəxsi heyəti ilə Murov istiqamətində yerləşir.

Polkovnik leytenant Babək Ramaldanov motoatıcı dviziyanın komandiri kimi, öz işini yaxşı bilirdi. Cəbrayılın Havuslu kəndinin alınmasında tabelyində olan igidlər xüsusi qəhrəmanlıq ğöstərdilər. Düşmənin xeyli texnikasını, ərzaq qənimətini ələ keçirirlər. Babək Ramaldanov öz işində ayıq hərbçi idi. Döyüş vaxı yanındakı yoldaşlara deyir ki, biz buranı aldıq, mən indi diqqətlə nəzərdən keçirdim, qarşıda düşmənin deyəsən canlı qüvvəsi qalıb. Gedib onların içərisindəki sağları, lazım olanları ələ keçirməliyik. Yanındakı zabitlərdən biri kəşfiyyat məqsədi ilə əsgər göndərməsini təklif edir. Babək isə razı olmur. Beləcə, yanında 4 nəfərlə irəli atılır. Deyəsən, zənnində yanılmamışdı. Burada düşmənin xeyli canlı qüvvəsi var idi. Azərbaycan əsgərlərini qəfil başlarının üstündə görən ermənilər əvvəlcə atəş açırlar, amma Babəklə gələn qrup onları məhv edir. Burada xeyli sənəd var idi. Ramaldanovgil ermənilərin maşınına minib sürətlə həmin ərazidən uzaqlaşmaq istəyirlər. Komandir və dəstəsi  ermənilərin qənimət maşınlarına minirlər.  Sevinə-sevinə üzü dostlarına tərəf gəlib çatanda... Düşmənin  uzaqdan atdığı tank əleyhinə mərmi maşının yanına düşür.  Bir andaca güclü partlayış baş verir. 500 metr kənarda olan hərbçilər bir az bundan əvvəl qəhrəmanlıq göstərən dostlarının  mərmi partlayışı nəticəsində göyə sovrulduğunu  görürlər...

Qəhrəman oğulların anaları da qəhrəmandır. Belə analar böyük ürək sahibidirlər ki,    oğlunun şəhid xəbərini alan  zaman başını dik tutub “Təki Vətən sağ olsun” deyirlər.

Babəkin anası Xalidə Ramaldanova da əsl azərbaycan qadını, anası kimi oğlunun şəhid xəbərini  və o günləri belə xatırlayır: “Bizim nəsildə sağlam kişi hərbçi olmalıdır. Yoldaşımla ikimiz Ramaldanov nəslindənik. Qardaşlarım Şair Ramaldanov, İlham Ramaldanov, Elman Ramaldanov-hər biri Azərbaycan Odrusunun şərəfli zabitlərindəndirlər. “İgid oğul dayısına oxşayar”- deyiblər. İlk dəfə Naxçıvanski hərbiyyə məktəbini Şair Ramaldanov bitirib. Şair N saylı hissənin komandiri kimi, uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edib. Buna görə ümummilli liderimiz Heydər Əliyev onu özü şəxsən “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırıb. Həmçinin, Şəmkir korpusunun komandiri olub.  Şairin ardınca Elman, İlham hərbini seçdi. Sonra Vüqar, Telman, Nəriman, Babək, Əmirbəy hərb sənətini seçdilər. Birinci Qarabağ döyüşlərində də, indiki döyüşlərdə də bizim nəsil şəcərəmiz fərqləndi. Birinci müharibədə Şairlə Elman yaralandı. O vaxt şəhidimiz olmadı. Hər gün, hər dəqiqə əllərimi Allaha açıb, bütün döyüşə gedənlər üçün dua edirdim. Deyirdim ki, ay Allah, hamının balası sağ-salamat qayıtsın, mənim balalarım da onların içərisində. 16 oktyabrda yoldaşımla dükandan gəlirdik. Telefonu zəng çaldı. Zəng edən qardaşım Şair idi. Nə dedisə, yoldaşım maşını saxlayıb, düşdü. Sonra rəngi qızarmış halda gəlib oturdu. Dedi, heç nə, Babəki xəbər alırdı, sizi soruşurdu. Evə gəlib yetişdik. Baxdım ki, kişi  heç gözümə yaxşı dəymir. Qışqırdım, nalə çəkib ağladım ki, mənə düzünü de görüm nə olub, nə baş verib? Bəlkə yaralanıb, bəlkə əsir düşüb balam?  Başladı ağlamağa, dedi ki, Babək daha yoxdur!”

Babəkin şəhadətindən əvvəl evdə zaman donur. Anası deyir ki, bir həftə əvvəl evdəki saat xarab oldu, ta Babəkin nəşi gələnədək: “Bu divardakı saat onun şəhadətindən bir həftə əvvəl dayandı. Nə qədər çalışsaq da, saat işə düşmədi. Tabutu gəldi, nə qədər istədilər işığı yandırsınlar, yanmadı. Dedim onun işığı sönüb, yanmayacaq...”

Babəkin həyat yoldaşı Aygün xanımın dediklərindən: “Bir gün bağımızda gəzərkən gözüm bu balaca mövcüzəyə sataşdı, əvvəlcə gözlərimə inanmadım, çiçəkləri olmasaydı tanıya bilməzdim də. Onun axı bağımızda nə işi vardı? Gülü biz nə də başqası əkməmişdi. Bildiyim qədəri ilə bu gül ancaq Qarabağda-Şuşa torpağında bitir-xarıbülbül. O gül yazda bitdi və soldu, amma hər yaz vaxtı yenə baş çəkəcək bizlərə”. 

Azərbaycan Ordusunun  Quru Qoşunları Korpusunun polkovnik-leytenantı Babək Meyvəddin oğlu Ramaldanov Azərbaycan Ordusundakı 20 illik fəaliyyəti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illiyi yubiley , "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medalları ilə təltif edilib.

Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin uğrunda gedən döyüşlərdə  xüsusi qəhrəmanlıq göstərib. 2020-ci ilin oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.  O, II Fəxri xiyabanda general-mayor Polad Həşimovla eyni sırada dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”  və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Ramaldan və Süleyman adında 2 oğlu Vətənə əmanətdir.

Müşfiq Mirzə

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri