Icma.az
close
up
RU
Vətən torpağını göz bəbəyi kimi qorudu...

Vətən torpağını göz bəbəyi kimi qorudu...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tarixə 44 günlük Zəfər salnaməsi adı ilə daxil olan Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazanılan qələbə heç də asan başa gəlmədi. 2020-ci ildə qətiyyətli sərkərdə İlham Əliyev öz siyasi müdrikliyi ilə Ermənistanı diz çökməyə məcbur etdi. Son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində qələbəsi öz unikallığı ilə fərqləndi. İgid oğullarımız 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Tarixin axarına yeni nizam verən bu Şanlı Qələbə iki yüz ildə itirilən torpaqlarımızın geri qayıdış Zəfəri, eyni zamanda xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inamın ifadəsi oldu.

2020-ci il sentyabrın sonlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayanda Azərbaycanın bütün qəhrəman oğulları kimi, Zaqatala rayonunda doğulub boya-başa çatmış kapitan İsmayıl Səmədov da döyüş meydanına atıldı. Vətən torpağını göz bəbəyi kimi qorudu...

Adı Azərbaycanın hərb tarixinə yazılmış İsmayıl Səmədov yurdumuzun dilbər guşələrindən olan Zaqatala rayonunun Lahıc kəndində dünyaya göz açmışdır. 1996-2005-ci illərdə Q.Qocayev adına Lahıc kənd orta məktəbini bitirmiş, 2005-2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsilini davam etdirmişdir. İsmayıl 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuş, istedadlı bir gənc kimi formalaşmışdır. O, 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə qulluq edirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində sonra könüllü olaraq iştirak etmək istəyənlərin sayı artdı. Bu, xalqımızın yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vətənini canından çox sevən İsmayıl Səmədov da silaha sarılaraq Vətənin müdafiəsinə, ölüm-dirim savaşına yollandı.

İsmayılın döyüş yolu Füzulidən başladı. O, bir zabit tək üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, ən çətin məqamlarda düşmənə ağır zərbələr endirməyi bacardı. Neçə-neçə erməni hərbçisini zərərsizləşdirdi. Əmin idi ki, tezliklə faşist xislətli erməni vandalları ağır məğlubiyyətlə üzləşəcək, Sarkisyanın, Koçaryanın bütün planları alt-üst ediləcəkdir. Tale elə gətirdi ki, oktyabrın 11-də Füzuli uğrunda gedən qanlı döyüşlərdə İsmayılın sinəsi düşmən gülləsinə tuş gəldi, onu ölümün pəncəsindən qurtarmaq mümkün olmadı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

İgid döyüşçü İsmayıl Səmədov "Cəbrayılın azad olunmasına görə", III dərəcəli "Qüsursuz xidmətə görə" və "Vətən uğrunda" medallarına da layiq görülmüşdür.

Xalqımız qəhrəman oğlu İsmayıl Səmədovun parlaq xatirəsini həmişə uca tutacaq, onun məzarı xalqımızın and yeri olacaqdır.

Müşfiq MİRZƏ
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri