Icma.az
close
up
RU
“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsinin ilk tədbiri keçirildi

“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsinin ilk tədbiri keçirildi

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

23 oktyabr 2025-ci il tarixində “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin iclas zalında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində ilk tədbir baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri və layihə rəhbəri Firidun Məmmədov çıxış edərək tədbiri açıq elan edib. O, layihənin həyata keçirilməsinə verdiyi maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib, son illərdə Agentlik tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və ictimai birliklərlə iş sahəsində aparılan ciddi islahatlardan danışıb.

"Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını və sağlamlığını qurban vermiş qəhrəmanların təbliği, onların göstərdiyi şücaətin gənc nəsil üçün örnək kimi təqdim olunması və vətənpərvərlik ruhunun yüksəldilməsidir".

Daha sonra tədbir iştirakçıları layihə barədə fikir və təkliflərini səsləndiriblər. Birinci Qarabağ müharibəsinin iştirakçısı, tabor komandiri olmuş, ağır yaralanmış birinci dərəcəli müharibə əlili, istefada olan polkovnik-leytenant Qurban Sadıxzadə çıxış edərək bu kimi vacib layihələrin həyata keçirilməsində dəstək göstərən təşkilatlara minnətdarlığını bildirib. O, həmçinin müharibə əlilləri, veteranlar və şəhid ailələrinin daha geniş təbliğ olunmasının vacibliyini vurğulayıb.

Birinci Qarabağ döyüşçülərindən biri, düşmənin üç tankını məhv etmiş kəşfiyyatçı qazi Dönməz Həsənov belə layihələrin daha tez-tez təşkil edilməsinin önəmini qeyd edib. Birinci Qarabağ müharibəsində bir ayağını və gözünü itirmiş qazi Səyyaf Məmmədov isə ictimaiyyətlə görüşlərdə qazilərə göstərilən xüsusi diqqət və qayğının artdığını vurğulayıb. Müharibədə qardaşını şəhid verən və iki ayağını itirmiş Əkrəm Rzayev çıxışında şəhidlərə və qazilərə dövlət tərəfindən göstərilən yüksək dəyərdən danışıb.

Digər iştirakçılar da söz alaraq layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər və Ali Baş Komandanın əmrlərinə hər zaman hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri