Icma.az
close
up
RU
Gözlərinizi göz bəbəyi kimi qoruyun

Gözlərinizi göz bəbəyi kimi qoruyun

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

30 Mart görkəmli Oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinurun doğum günüdür. İlk öncə Paşa müəllimi doğum günü və Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Paşa Qəlbinur göz həkimi peşəsini seçməsini müsahibələrinin birində belə izah edib: “Həkimlik peşəsinə sevgim mənə irsən keçib. Biz göz həkimləri nəsliyik. 100 ildən artıqdır ki, ailəmizdə bu ənənə davam edir. Dayım da tanınmış göz həkimi idi. Kiçik yaşlarımdan onun yanına gələnlərin gözlərinə nur bəxş etdiyini, insanların hədsiz sevincini, ona minnətdarlıq dolu baxışlarını görmüşəm və bu sənəti sevmişəm.”

Paşa Qəlbinur həm də gözəl şeirləri və prozası ilə Azərbaycan ədəbiyyatına öz möhürünü vurub: “Şeir yazmağa erkən – 13 yaşımda başlamışam. Təsadüfə baxın ki, ilk şeirimin adı “Gözlər” idi” –deyib. Dəyərli doktorumuz hələ uşaq yaşlarından gözümüz haqqında misralar yazıb. Əslində bu təhtəlşüur məsələsidir. Həkim kimi şöhrət qazanadan sonra yazdığı “İşıq cərrahı” şeiri isə əsl metafizikadır:

Əllərimin hakimiyyəti bərqərar olur

Əməliyyat vaxtı.

Qaranlıqla işığın radar tutmayan

sərhəddinə uçur əllərim.

Ürəyim kimidi,

Mən yatanda da

Oyaq olur əllərim...

Dahi fizik İsaak Nyutonun bioqrafiyasından qeydlərimi bölüşmək istəyirəm: “Bütün quşlarda, heyvanlarda və insanlarda iki gözün olması və onların hər birinin üzün bir tərəfində yerləşməsi təsadüfüdürmü? Necə oldu ki, bütün canlı varlıqlarda gözlər və yalnız gözlər şəffafdır, onların içində şəfaff maye, mərkəzində büllur, onun qarşısında isə bəbək var və bütün bunlar bir-birinə o qədər ideal uyğunlaşıb ki, nə isə sıradan çıxsa heç kim bunu düzəldə bilməz? Məgər yaradandan başqa kimsə müdrikliklə bütün canlıların gözlərini onların işığın xüsusiyyətlərindən istifadə edə biləcəkləri şəkildə yarada bilərdimi?! Bu və ya digər fikirlər həmişə bəşəriyyəti dünyanı Xəlq edənə və Öz gücü ilə onu saxlayan və buna görə də bizdə ehtiram qarışıq qorxu hissi oyadanın varlığına inandırıb və bundan sonra da inandıracaq.”

Bəli, Paşa Qəlbinur “Oftalmologiya” ixtisasını seçməklə Tanrının yaratdığı möcüzəni öyrənib. Tanrının verdiyi nur əgər itərsə, onu yenidən geri qaytarmaq Uca varlığa da xoş gedər.

Paşa müəllimin müsahibələrini, şeirlərini oxudqca onun həm də yaxşı filosof olduğunu duyursan. Və görkəmli həkimimizin bir müsahibəsindəki məsləhətləri Tanrının bizə bəxş etdiyi möcüzəni qorumağa çağırışdır:

Sual:İnsanlar gözlərini necə qorusunlar? Cəmiyyətə çatdırmaq istədiyiniz məsləhətiniz varmı?

- Gözlərinizi göz bəbəyi kimi qoruyun. Bu gün ekologiya bizim zərərimizə dəyişib. Təbiət öz təbii halından çıxıb, su, hava çirklənib, qidalar təbii deyil, meyvələrin geni dəyişdirilib. Digər tərəfdən, hara baxırıqsa, gözümüzün qarşısını hündür binalar kəsir. Əvvəllər binadan baxanda dəniz görünürdü, gözlər uzağa akkomodasiya edirdi. İndi hər yeri binalar kəsib. Ona görə də yaxıngörmə yaranır. Məsləhət görərdim ki, insanlar heç olmasa, ildə bir dəfə kəndə, dağlara getsinlər. Bu da gözə qulluq sayılır. Heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçsinlər. Qar yağanda, günəşli günlərdə mütləq eynək taxsınlar. Həm özləri, həm də uşaqlar texnoloji vasitələrlə az təmasda olsunlar. Bəzən qadınlar saatlarla internetin qarşısında oturub paltar axtarırlar. Bu qədər ifrata varmasınlar. Gözlərinə əl vurmasınlar. Gözdə özfəaliyyət də yolverilməzdir. Məsələn, qonşuya yaxşı təsir edən dərmandan siz də almayın. Çünki qonşuya yaxşı təsir edən sizə pis təsir edə bilər.

Dostum professor Paşa Qəlbunura uzun ömür, can sağlığı arzulayıram.

Etibar Əliyev,

təhsil eksperti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri