Icma.az
close
up
RU
Vətən yolunda ölmək şərəfi.. FOTO

Vətən yolunda ölmək şərəfi.. FOTO

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

17 aprel şəhid Ehtiram Hüseynlinin doğum günüdür

Ehtiram Həsən oğlu Hüseynli İkinci Qarabağ müharibəsində ürəkdən bağlandığı Vətəninin torpağına, daşına qurban deyib canından keçdi. Məhz buna görə də ölümü həyat qədər dəyərli oldu. Qanı bahasına sevdalandığı Vətəni yaşatmaqla ömrünün 43-cü ilində adı Azərbaycanın yeni, şanlı tarixinə yazıldı. Beləcə, xalqın, qeyrətli oğlu torpağa gömülmədi, milyonların könlünə köç etməklə əbədiyyət dünyasına qovuşdu.

1977-ci il aprel ayının 17-də Lənkəran şəhərində anadan olan Ehtiram Hüseynli saf, müqəddəs arzuların qanadında gələcəyə yol alır. Xalqına, Vətəninə layiqli vətəndaş, bu dünyanın ən yaxı insanı olmaq üçün Lənkəran şəhər 6 saylı tam orta məktəbində oxuyub öyrənməkdən doymur. Nəticədə 1994-cü ildə orta təhsilini başa vuranda sağlam düşüncəsi, savadı, yüksək insanı keyfiyyətləri ilə el-obada tanınır, sevilir.

Ehtiram həyatının ən qaynar çağlarına Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetdə başlayır. Ali məktəbin İlkin hərbi və fiziki təlim fakültəsinin tələbəsi olur. Mədəniyyəti, etikası, millətinin xoş gələcəyi naminə öyrənmək həvəsi, sevdiyi peşəsinə məhəbbəti tələbə Ehtirama uğur gətirir. 1998-ci ildə universiteti leytenant rütbəsi ilə başa vurub doğma təhsil ocağı olan Lənkəran şəhər 6 saylı tam orta məktəbində hərbi müəllimi kimi pedaqoji fəaliyyətinə başlayır.

Gənc müəllim ilk gündən şagirdlərin qarşısına ürəklə çıxır. Təmiz, ədalətli, namuslu fəaliyyəti işıqlı gələcəyə doğru yollar açır. Lənkəranlıların gözündə öz sənətini ürəkdən sevən, Vətənə, torpağa bağlı, xalq üçün yaşamağı bacaran ziyalı kimi ucalan Ehtiram müəllim 2 ildən sonra könüllü olaraq hərbi xidmətə yollanır. Naxçıvan Muxtar Respublikasının Böyük Soyuq adlanan ərazisində adına can dediyi, canından artıq sevdiyi doğma Azərbaycanın keşiyində dayanır. 2 illik ordu həyatında ona ləyaqətlə xidmət edir. Ən əsas əməlləri, əsgərlərə qarşı xoş rəftarı nümunə olur. 2002-ci ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxır. Hərbi xidməti bitirib yenidən iş yerinə qayıdır. Müəllimlik peşəsini davam edir. 23 il Lənkəran şəhər 6 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən dərs deyir. Gənc nəslin təlim-tərbiyəsi, sağlam, vətənpərvər böyüməsi Ehtiram müəllimin həyat amalın çevrilir.

Bütün bunlarla bərbər Ehtiram müəllim həmişə Vətən torpaqların erməni faşistlərinin tərəfindən işğalına qarşı barışmaz mövqe tutur və döyüş əmrinin verilməsini gözləyir. İkinci Qarabağ müharibəsi başlanan kimi əyninə cəngavər libasını geyinib tabor komandiri vəzifəsində döyüş meydanına girir. Dəfələrlə dığaların atəş nöqtələrini susdurur, yağının çoxlu canlı qüvvəsini məhv edir. Hər qələbəyə ürəkdən sevinir, düşmənə qarşı nifrəti daha da alovlanır. Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən şiddətli döyüşlərdə göstərdiyi şücaətlə ad-san çıxardır. Baş leytenant 21 oktyabrda Qubadlı uğrunda gedən haqq savaşımızın da qəhrəmanı olur. Vətənin qeyrətini canından üstün tutan igid komandir son damla qanına qədər vuruşub burada şəhadətə qovuşur.

Şərəfli ölümü Vətəninə, millətinə başucalığı gətirən Ehtiram Hüseynli “Vətən uğrunda”, Cəbrayılın və Zəngilanın azadlığına görə medalları ilə təltif olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri