Icma.az
close
up
RU
Vətən yolunda şəhadətə ucalan Qadir FOTO

Vətən yolunda şəhadətə ucalan Qadir FOTO

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadir Ədalət oğlu Heydərov 44 günlük haqq savaşımızda canı-qanı bahasına erməni dığalarına layiqli dərs verərək 22 yaşında şəhidlik zirvəsinə ucalıb.
Vətəninə, xalqına dərin məhəbbətlə bağlı olan bu igidin həyatı sönmədi, əlçatmaz, ünyetməz göylərin parlaq ulduzuna döndü. İndi xalqımızın qəhrəmanlıq salnaməsinə adın yazan Qadir bütün Azərbaycanın fəxridir. Həmçinin milyonlarla insanın qəlbində öz əbədi heykəlini ucaldan bu unudulmaz insan “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə medallarla təltif olunub. Bu da Qabilin yaşadığı yurda ilahi sevgidən gələcək nəslə bir yadigardır.
Qadir Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonu, Əsədli kəndində doğulub. Sonra Bakıya köçən qəhrəmanımız şəhərdəki 59 saylı məktəbdə 5-ci sinfə qədər oxuyub. Orta təhsilini Abşeron rayonu, Mehdiabad 1 saylı məktəbdə başa vurub. Qadirin nizam-intizamı, əxlaqı, vətənpərvərliyi, yaxşılardan görüb-götürmək bacarığı oxuduğu təhsil ocağında hamını heyran qoyub.
Vətən torpağının hər qarışını əziz bilən Qadir Qarabağımızı işğal etmiş erməni dığaların od qoymaq məqsədilə 2016-cı ildə ordu sıralarına yollanıb. Vicdanlı, qeyrətli, ürəyi doğma Azərbaycana sevdalanan əsgərin nümunəvi xidməti qısa zaman kəsiyində hərbi hissədə ona hörmət gətirib. Cəbhə bölgəsində Vətəninə keşik çəkmək nə qədər çətin olsa da, Qadir bundan qürur duyub. Həm də yaxşı dərk edib ki, döyüş meydanında düşmənə qaliq gəlmək üçün hərbi təlimlərdə fəal olmaq əsas şərtdir. Odur ki, Qadir keçirilən təlimlərə ürəklə, cəsarətlə qoşulub, uğur qazanmaqla ad qoyub. 2018-ci ildə əsgərlik həyatı başa çatanda komandirləri əla döyüşçü keyfiyyətlərə malik bir Vətən oğlu kimi ondan ayrılırlar.
İkinci Qarabağ savaşında Qadir Heydərov Vətənin çağırışına birinci səs verib. Qeyrətli oğullara qoşulub ön cəbhəyə, odun-alovun içinə gedib. Əlinə silah alan andan 30 il əsir düşən Qarabağımızın son qarışının azad olunacağı günədək düşmənlə döyüşəcəyinə and içib. İlk qəhrəmanlığını Qubadlıda göstərib. Çətin döyüş əməliyyatında yağının həm canlı qüvvəsinə, həm də texnikasına böyük itki verib. Daha sonra Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın müharibə meydanlarında mərdliklə döyüşüb, dığalar onun qarşısında tab gətirə bilməyib. Neçə-neçə haqq savaşımızın qəhrəmanı olan
Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlının adsız yüksəkliyində snayperlə başından vurulub, Vətən sevgisi ilə çırpınan ürəyi həmişəlik dayanıb. 22 yaşlı zəfər şəhidimiz Abşeron rayonundakı Mehdiabad qəsəbəsində canından əziz tutduğu torpağa tapşırılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri