Icma.az
close
up
RU
Vətən sədaqəti oğul şərəfi

Vətən sədaqəti oğul şərəfi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Vətən oğul deyib azadlıq savaşına çağıranda ayağa qalxmış, silaha sarılmış oğullardan biri, Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynovun döyüş yolu gənclərimiz, gələcək nəsillər üçün örnəkdir.

Zaur Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda, hərbçi ailəsində anadan olub. Rənglər dünyasına sonsuz sevgisi olsa belə, yalnız hərbi paltarın rənginə könlünü verib. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə Ordu yarışlarında qazandığı 29 medalla ali təhsilini fərqlənmə diplomu ilə bitirib.

Daha 1 il Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabitlik təcrübəsi toplayıb. Ardınca Qazax rayonunda tank əleyhinə tağım komandiri kimi xidmətə başlayıb, daha bir kursu bitirərək, Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu olub. Tarixi Aprel döyüşlərində Zaur Hüseynov qəhrəmanlıqla vuruşub. Daha sonra Türkiyədə “Beynəlxalq dalğıc” kursunu bitirib.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin “Sədaqətim şərəfimdir!” şüarı Zaur kimi qəhrəmanların and yeri olub. Vətən müharibəsinin başlanğıcından sonuna qədər zəfər xronikası Zaur Hüseynovun döyüş tərcümeyi-halında öz əksini tapıb. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasında döyüş tapşırığını qəhrəmanlıqla yerinə yetirdiyinə, igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, mayor Zaur Hüseynova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Cəngavər hərbçimizin öz döyüş yolu barədə qəzetimizə açıqlamasını oxucularımıza təqdim edirik:

– Biz bir xalq olaraq Vətənimizi işğalçılardan xilas etmək üçün Ali Baş Komandanın əmri ilə savaşa qalxmışdıq. Bu əmri çoxdan gözləyirdik, səbrimiz tükənmişdi... Ermənistan isə 30 ildən də çox davam edən işğalçılığını bütün dünyaya utanmadan nümayiş etdirirdi. Bu döyüşlər bizim üçün ölüm-qalım savaşı idi. Ölümdən qorxmayan hərbçilərimizin qabağında isə heç bir qüvvə dayana bilməzdi.

Erməni işğalçıları 30 ildə möhkəm səngərlər, bunkerlər, sığınacaqlar hazırlamışdılar. Xüsusilə tank əleyhinə silahlarla tankdan istifadəmizi minimuma endirmişdilər. Yuxarı mövqedə yerləşdikləri üçün bizi daim atəş altında saxlayırdılar. Ona görə də həmin yerləri addım-addım keçməli idik. Xüsusi Təyinatlı Qüvvələrimiz dayanmadan bir həftə gecəli-gündüzlü əfsanəvi döyüş taktikası həyata keçirərək Cəbrayıla girdi. Bu, bizə çox böyük mənəvi ruh verdi.

Noyabrın 2-də artıq Şuşanın işğaldan azad edilməsi komandasını aldıqlarını söyləyən qəhrəmanımız bildirdi:

– Tabor komandiri kimi fəaliyyət göstərirdim. Axşam hava qaralandan sonra Şuşa istiqamətinə hərəkətə başladıq. Bilirdik ki, Şuşanı almaq o qədər də asan olmayacaq. Amma hər birimizin ürəyində başqa bir hiss var idi. Bizi bu döyüşlərə ruhlandıran Qarabağın ürəyi Şuşa həsrəti deyildimi?! Şuşa bizim üçün xüsusi bir mənəvi əhəmiyyət kəsb edirdi.

Daşaltı kəndinin 1 km cənubundan gizli şəkildə Şuşaya doğru irəlilədik. Şuşanı müşahidə edə biləcəyimiz mövqeləri təyin etdik. Noyabrın 3-ü Şuşaya hansı yoldan yaxınlaşacağımızı artıq dəqiqləşdirib hücuma başlayacaqdıq. Düşmən Şuşanı müdafiə etmək üçün hər növ texnika və artilleriyanı orada yerləşdirmişdi, səngərlər qazmışdı. Gizli taktikamızla hərəkətə başlamışdıq. Üz-üzə döyüşlər başladı və bizi hər tərəfdən güllə yağışına tutdular. İz buraxan mərmilərdən və işıqlandırma vasitələrindən istifadə edirdilər ki, harada olduğumuzu müşahidə edə bilsinlər. Bunun da xofu onda idi ki, üzərinə gələn gülləni öz gözlərinlə görürsən.

Amma bu, bizi dayandıra bilməzdi. Bir anda hamı ayağa qalxdı və “İrəli!” qışqıraraq düşmən üzərinə həmləyə başladıq. Erməniləri həmin mövqelərdə məhv etdik və Şuşa-Laçın yolunun üzərinə qalxdıq. Daha sonra yolu keçib Şuşa-Laçın istiqamətindəki yüksəklikləri ələ keçirdik. Bunu görən düşmən qüvvələri bizi ağır artilleriya ilə vurmağa başladılar. Bu zaman mən şəxsi heyəti İsa bulağı tərəfdəki dərələrə çəkdim ki, zərbələr igidlərimizə təsir göstərməsin.

Paralel olaraq, komandanlığın göstərişi ilə digər qruplarımız azğın erməni ordusunu aldatmaq, necə deyərlər, başını başqa istiqamətdə qatmaq məqsədilə Daşaltı tərəfdə hücum manipulyasiyaları edirdi.

Artıq İsa bulağında idik. Erməniləri daha da çaşdırmaq üçün bir gün o meşələrdə gizləndik. Paralel olaraq Zarıslı kəndi istiqamətində Şuşa-Laçın yolunu erməni hərbi birləşmələrinin üzünə bağlamaq məqsədilə bir bölməmiz tapşırığı icra edirdi. Biz, həmçinin Şuşaya Xankəndidən gələn yolu da bağlamalı idik. Şuşa şəhərinin içinə həmin istiqamətdən digər qrupla Daşaltı tərəfdən daxil olmalı idik. Noyabrın 5-i bir gün gözlədikdən sonra Xankəndi istiqamətində hərəkətə başladıq. Şuşanın arxasından irəliləyirdik. Düşməni qəfil yaxalamaq üçün qalxdığımız qədər yolu bir də aşağı düşürdük. Artıq Şuşa-Xankəndi arasındakı dərələrdən keçərək, sıldırım qayalardan, kollardan qalxaraq Xankəndi-Şuşa-Laçın yolu üzərinə qalxdıq. Erməni ordusunun ehtiyat qüvvələri o yolun üzərində cəmlənmişdi. Biz onları məhv edərək Şuşa qalasına doğru gedirdik.

Düşmən isə artıq nə baş verdiyini belə başa düşmək iqtidarında deyilmiş. Hətta çaşqınlıqdan özlərini atəşə tuturmuşlar. Müsahibimiz həmin məqamdan belə söz açdı:

– Qala divarlarının qabağında Şamlıq ərazisinə qalxdıq. Zülmət bir gecə idi. Gecəgörmə cihazları ilə bizi daha aydın görən düşmən tanklarla üzərimizə hücum etdi. Orda şəhidlərimiz, yaralılarımız da oldu. Tank əleyhinə raketlərdən istifadə edənlərimiz isə bizim sürətimizlə ayaqlaşa bilmirdi. Çünki 35-40 kiloqram çəkidə olan həmin vasitələri o relyefdə sürətlə daşımaq asan deyildi. Yaralılarımızı, şəhidlərimizi götürüb Qala divarının arxasına keçdik. Onları yaxınlıqdakı evin birinə yerləşdirdik. Düşmən daha böyük qüvvə ilə gəldiyinə görə qruplara bölündük. Bilirdik ki, bu ölüm-dirim savaşından qalib çıxmalıyıq. Mən qala divarları ətrafında şəxsi heyəti yerləşdirdim.

Noyabrın 6-sı səhər üzü Xankəndi istiqamətində düşmənlə döyüşürdük. Tanklar, arxasında piyadalar olan erməni ordusu “tərslik” etsə də, biz döyüş mövqeyimizi əlimizdə möhkəm saxlamışdıq. Dağılmaz Qala divarları bizi öz doğmaları kimi qoruyurdu. O qayalar illərdi ki, bizi gözləyirdi və sanki bizimlə birlikdə döyüşürdü. Qeyri-adi döyüşdə şəhidlərimiz də, yaralılarımız da oldu, amma özümüzü bir an belə itirmədik. Sona qədər qalibiyyətimizə doğru yürüdük .

Noyabrın 7-si günortadan sonra Şuşanı tam ələ keçirdiklərini deyən Zaur Hüseynov açıqlamasını bu sözlərlə birirdi:

– Amma döyüşlər noyabrın 10-na qədər davam etdi. Atəşkəs elan edilənə kimi düşmənin artilleriya zərbələri susmaq bilmirdi. Noyabrın 10-u gecə saatlarında atəşkəs elan edildi. Səhər Şuşada “Azərcell” şəbəkəsi işləyirdi. Hamı telefonla danışırdı. Sevincdən göz yaşları axıtdığımız anlar, qələbə hayqırtılarımız bu gün sanki bir kino lenti kimi ömrümüzə calanıb. Allah şəhidlərimizə rəhmət eləsin!

Hazırladı:
Kəmalə ABDİNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri