Icma.az
close
up
RU
“Vətən yolunda şəhidi ağlamazlar”

“Vətən yolunda şəhidi ağlamazlar”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu sözlər şəhid Kərim Əliyevin atası, Birinci Qarabağ savaşının döyüşçüsü Məhəmmədəli Əliyevin böyük ürəyə sahibliyindən xəbər verir: “Yox, yox, ağlamıram. Qəhrəmanı ağlamazlar… oğlumla - Kərimimlə fəxr edirəm. Oğlum fərari olsaydı, düşmən qabağından qaçsaydı fərsiz övlad böyütdüyüm üçün ağlayardım. Mən özüm Qarabağ qazisiyəm”. Məhəmmədəli kişi söhbətin davamında deyir:

Haralarda döyüşməmişəm?! Şuşa, Laçın, Qubadlı, Goranboy, Tərtər istiqamətində gedən qanlı döyüşlərdən çıxmışam. Vaxtilə Gülüstan istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, qazi olmuşam. Allah kişini, oğulu qeyrət qalası kimi dünyaya gətirib. Oğul düşmənə çəpər olmalıdır. Vətəninin qeyrətini çəkməlidir. Mən oğlanlarımın ikisini də belə böyütmüşəm. Hərbçinin öz həyatı olur. Qanı var, qadağası var… Ölümü var, əcəli var. Amma demişdim ki, üstümə cənazənizi gətirsələr, birinci çevirib kürəyinizə baxacağam. Əgər arxadan yaralanmısınızsa, əgər güllə arxadan dəyibsə, onda deyəcəyəm ki, mənim oğlum deyil…

Çox şükür ki, üzümü qara etmədilər. Mənim gedə bilmədiyim yolu Kərim getdi… Müharibəyə getdiyini bizə bildirmədi. Müharibədən bir gün öncə evə gəlmişdi. Vaxtaşırı gəlirdi. Burada, İsmayıllıda təlimdə idilər. Sonuncu dəfə gələndə gecədən xeyli keçmişdi. Gördüm, Kərim yatmayıb. Düşüb həyətdə gəzir, eyvanda oturub həyətə tamaşa edir…

Sonra gördüm ki, gecədən xeyli keçməsinə baxmayaraq, yatdığı otağın işığı sönməyib. Keçdim onun yanına, gördüm yataqda uzanıb, gözünü yuxarı zilləyib baxır. Nə isə fikirləşir. Nə qədər etdim, bir söz demədi. Səhər gedəndə məni bağrına basıb bərk-bərk qucaqlayıb “Veteran, özünü qoru”, – dedi. Dedim, sən də özünü qoru, sən əsgərsən. Ehtiyat əsgərin silahıdır.

Müharibənin başlanması xəbərini eşidən də başa düşdüm ki, Kərimim niyə yatmırmış, nəyi fikirləşirmiş. Anası danışığımızı eşitməsin deyə bağa tərəf gedib Kərimə zəng vurdum. Döyüşdə idi… Mənə zarafatca dedi ki, “Ey, Qarabağ qəhrəmanı, qazi atam, özün müharibə görmüş kişisən. Müharibədir, haqqını halal elə. Bu yolun gedişi olur, bəzən dönüşü olmur… Ya torpaqları azad edən qəhrəmanlardan olacam, ya da torpaq, vətən uğrunda namusla döyüşüb şəhid olub, üçrəngli bayrağa bükülüb gələcəm… Elə də oldu.

Bir gözü gülüb, bir gözü ağlayır sanki atanın. Məhəmmədəli kişinin bu xatirəsi sanki bir dastandır. Kitablara sığmayan əbədiyyət dastanı.

Dayısı, ehtiyatda olan polkovnik Müşviq Səfərovun Kərimlə bağlı xatirələri kövrək notlara köklənib:

“Bir hərbçi, Vətəninə qulluq etmiş bir insan kimi, gözəl Azərbaycanımın Kərim kimi bir oğlu olduğu üçün bir dayı kimi, eyni zamanda, bir vətəndaş olaraq onu yaxından tanıdığım üçün çox qürurluyam. Kərim təkcə mənim bacım oğlu, bir ailəyə, bir kəndə mənsub qəhrəman deyil, bütövlükdə Vətənin oğlu idi. Onun itkisi də hesab edirəm ki, vətənimin itkisidir. Ona görə də Vətən, başın sağ olsun, – deyirəm. Bir ölüb min dirilərik, təki, vətən sağ olsun.

Kərimdə əsl hərbçi xasiyyəti var idi. Möhkəm idi. Ağzıbütöv idi. Vətənsevər idi…Bir də gördüm ki, Kərim ön cəbhədə hərbi hissələrin birində MAXE kimi qulluğa başlayıb. Bir qədər orada qulluq edəndən sonra Kərim dedi ki, “dayı, mən XTQ-də qulluq etmək niyyətindəyəm. Orada qulluğun özəllikləri olduğunu, seçimdən keçməyin asan olmadığını Kərimə söylədim. Bilirdim ki, XTQ-də qulluq etmək üçün 100 nəfərdən 5 nəfəri, 3 nəfəri dözüb sona kimi qala bilmir. Söhbətimizin üstündən 6 ay keçmişdi ki, Kərim mənə zəng edib XTQ-nin kursunu bitirdiyini və xidmətə başladığını dedi.

O gün mənim həyatımın ən xoş, ən sevincli günü idi... Kərimin boy-buxunu, çəkisi, fiziki hazırlığı XTQ-də xidmət üçün yarayırdı. Amma onun dözümünü, dəyanətini bilmirdim. Bu xəbər mənim üçün çox qiymətli idi. Kərim özünə diqqət verən hərbçi idi. Çalışqan idi. Yorulmaq nə olduğun bilməzdi. Demək olar ki, bütün silah növlərindən peşəkarcasına istifadə etməyi bacarırdı. Təlimlərdən əlavə, mütaliə etməyi xoşlayardı. Müharibənin ilk günündən oktyabrın 17-nə kimi onunla mütəmadi telefon əlaqələrimiz olub.

Kərimin gözəl xasiyyəti var idi. Adama ruh, güc, qüvvət verməyi bacarırdı. Xaraktercə çox nikbin idi. Adamı inandırmağı bacarırdı. Mən ona telefonda Qartal deyirdim. Hər zəng edəndə “Dayısının qartalı, vəziyyət necədir?”, – soruşurdum. Cavabı da belə idi: “Qartal qarğaları təmizləyir. Bizim Vətənimizdə leş qarğası olmamalıdır. Qələbə bizimlədir, cənab polkovnik, ürəyin rahat olsun.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Kərim Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri