Icma.az
close
up
RU
Son sözü Vətən olan zəfər şəhidi

Son sözü Vətən olan zəfər şəhidi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

4 fevralda zəfər şəhidi Ramin Əliyevin 49 yaşı tamam oldu

İkinci Qarabağ müharibəsində minlərlə qəhrəman oğullarımız kimi, Ramin Muxtar oğlu Əliyev də 30 il mənfur düşmənə əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda mübarizə meydanına atılır. Ömrünün 43-cü ilində əbədiyyətin ən uca, əlçatmaz zirvəsinə ucalır. Və bu şərəfli ölümü ilə təkcə doğulub boya-başa çatdığı Astara rayonun Maşxan kəndində yox, canından artıq sevdiyi bütün Azərbaycanda ad qoyur. Millətinə başucalığı gətirən igidin haqq savaşımızda göstərdiyi şücaəti dövlət tərəfində isə ölümündən sonra “Vətən uğrunda” və digər medallara layiq görülür.

Ramin Əliyev çağırış yaşına çatanda artıq erməni dığaları əzəli, əbədi yurd yerimiz olan Qarabağı işğal etmişdi. Odur ki,1995-ci ildə Milli Ordu sıralarına yola düşəndə yeganə arzusu anında yağı düşmənlə son damla qanına qədər vuruşub əsir torpaqların, şəhid Vətən övladların qisasını alacağı olur.

Əyninə əsgər paltarı geyinən Ramin qeyrətini hər şeydən üstün tutduğu, müqəddəsliyinə tapındığı doğma Azərbaycanın keşiyində o zamanın ən qaynar nöqtəsində dayanır. Qısa müddətdə hərbi hissədə nümunəvi xidməti, təlim məşqlərində döyüş bacarığı ona hörmət qazandırır. Ən əsası cəsurluğu, çevikliyi, Vətəninə, xalqına sonsuz sevgisi komandirlərin diqqətindən yayınmır, onu Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə oxumağa göndərirlər. Burada hərb elminin sirlərinə daha da yaxında bələd olan Ramin baş çavuş rütbəsində Vətənə oğulluq borcunu davam edir.

Vətən müharibəsi başlanan günü tank əleyhinə bölüyünün komandiri, baş çavuş Ramin düşmən üzərinə qartaq kimi şığıyır. Ermənilər ciddi itkilər verə-verə qaçmağa üz qoyurlar. Beləcə müharibə meydanında bacarıqlı, qəhrəman döyüşçü dığaların kabusuna çevrilir.

Vətənin qartal balası Murovdağ istiqamətində gedən döyüşdə sözün əsl mənasında rəşadət göstərir. Bu son döyüşü olsa da, düşməndən istədiyi qisası ala bilir. Sinəsini qəfil atılan gülləyə sipər edən Ramin “Vətən”- deyib əbədi gözlərini yuyur. Və bu şərəfli ölüm Ramini böyük, əzəmətli bir millətin baş tacına döndərir...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri