Icma.az
close
up
RU
Vətəndaş məmnunluğu yaratmaq istiqamətində tamamilə yeni bir mərhələyə keçirik YAP çı deputat

Vətəndaş məmnunluğu yaratmaq istiqamətində tamamilə yeni bir mərhələyə keçirik YAP çı deputat

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ötən gün Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan icra başçılarını qəbul edərkən bir sıra fikirlər səsləndirib.

"Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək", - deyə dövlət başçısı bildirib.

Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, Prezident İlham Əliyev görüşdə həm idarəetmənin təkmilləşdirilməsi, həm də idarəetmənin fəlsəfəsinin tamamilə yeni əsaslarda formalaşması istiqamətində bir sıra mühüm fikirlər səsləndirdi:

"Bunlardan ən başlıcası yeni rəhbərlərin təyinat yerlərində yeni məmur obrazını, yeni idarə edən obrazının yaradılması ilə bağlı idi. Bu isə əslində dövlət xidmətinin vətəndaşlara qüsursuz, ədalətlə və ən səmərəli formada çatdırılması fəlsəfəsini özündə daşıyırdı. Nəticə etibarilə bizim bu gün əldə etdiyimiz yeni reallıq təkcə hərbi-siyasi və beynəlxalq münasibətlərdə Azərbaycanın yaratdığı yeni reallıq deyil. Azərbaycan prezidenti vətəndaş-dövlət münasibətlərində də bu yeni reallığın nəticələrini görmək, vətəndaş məmnunluğunun artırılması istiqamətində radikal addımların atılmasını istəyir. Tarixi zəfərimizə uyğun olaraq, milli dirçəliş mərhələsinə qədəm qoymağımızı istəyir və burada da sosial ədaləti, idarəetmə keyfiyyətini, rayonlarda iş yerlərinin açılmasını, sosial xidmətlərin artırılmasını önə çəkir".

Deputatın fikrincə, prezidentin səsləndirdiyi bu fikirlər yeni məmur obrazının yaradılmasına xidmət edir:

"Əlbəttə ki, bu fikirlər sadəcə yeni təyin olunan məmurlara şamil edilə bilməz. Azərbaycan prezidenti səsləndirdiyi fikirlərdə bütövlükdə dövlət məmurlarını görmək istədiyi obrazını ifadə etdi. Şübhəsiz ki, zaman-zaman idarəetmədə müəyyən axsamalar olur. Azərbaycan prezidenti də bunu bəzi hallarda daha yüksək vəzifəli məmurlardan irəli gəldiyini açıqlayaraq, əmin olduğunu bildirdi ki, artıq o mərhələ geridə qalıb. "Yüksək vəzifəli məmurlar” deyən zaman kimin və hansı fəaliyyətin nəzərdə tutulduğunu biz bilirik. Artıq isə bu mərhələ Azərbaycanda idarəetmənin keçmişidir. Çünki özbaşına tapşırıqlar verənlər, idarəetməni istismar edənlər artıq qanun qarşısında cavab verirlər.

Azərbaycan prezidenti qeyd etdii ki, hər hansı bir qanun pozuntusu olarsa, yenə də mütləq qanun qarşısında onlar cavab verəcəklər. Mənə elə gəlir ki, hazırda biz idarəetmədə də yeni bir tarixi mərhələyə qədəm qoyuruq. Vətəndaş məmnunluğu yaratmaq istiqamətində tamamilə yeni bir mərhələyə keçirik və bu mərhələ əlbəttə ki, məhz müzəffər Ali Baş Komandanımızın, Azərbaycan prezidentinin obrazını yaratdığı o məmur tipi olmalıdır. Bu isə ölkəmizdə çox böyük vətəndaş məmnunluğuna və sosial rifaha yol açacaq".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri