Vətəndaş müraciətlərində yeni qaydalar Prezidentdən FƏRMAN
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, vətəndaşların elektron müraciətlərinə onların seçiminə uyğun olaraq elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə yazılı cavab veriləcək.
Bundan əlavə, elektron müraciətdə (EHİS üzərindən təqdim olunan müraciətlər istisna olmaqla) elektron ünvan, fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və ya hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədiyi hallarda müraciətə poçt vasitəsilə cavab göndəriləcək.
Dəyişikliklərə əsasən, elektron sənəd formasında təqdim olunan cavab məktubları "Elektron imza və elektron sənəd haqqında" qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib və rəsmiləşdiriləcək.
Həmçinin vətəndaş müraciətlərinin qəbulu və qeydiyyatı ilə bağlı bəzi prosedurlar yenilənib, müraciətlərin EHİS üzərindən təqdim olunması ayrıca daxilolma yolu kimi nəzərdə tutulub.
Nazirlər Kabinetinə isə qanundan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Baxış sayı:127
Bu xəbər 10 İyun 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















