Icma.az
close
up
RU
Vətəndaş, sənə təhsil eksperti adını kim verib? PƏRVİZ YƏHYALI YAZIR

Vətəndaş, sənə təhsil eksperti adını kim verib? PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövrü mətbuatda dəfələrlə yazıb, ictimailəşdirmişəm.

Müstəqil araşdırma apararaq ekspert statusunun necə formalaşdırılması prosedurunu aydınlaşdırmağa cəhd etsəm də tutarlı istinad mənbəyinə rast düşmədim. Başqa sahələri demirəm, təhsil sferasının eksperti adı altında fəaliyyət göstərməyin rəsmi lisenziyası olurmu? Yoxsa istənilən fərd özü-özünü ekspert elan edir?

Heç kəsə sirr deyil ki, yaxın keçmişimizdə ölkə telekanallarından, internet üzərindən təhsilin problemləri ilə bağlı eyni adamların ağız dolusu sağa, sola müsahibə verdiyi, ən həssas məqamlara mütəxəssis qiyafəsində münasibət bildirildiyini görürdük. Qəribəsi də odur ki, məktəbəqədər təhsilin qayğılarından danışan “ekspert” başqa bir kanalda ali təhsilin problemlərinin çözülməsində təklif verir və ya təhsilin ali təhsildən sonrakı pilləsi haqqında rəy bildirir.

Bu qəbil “ekspert” görən niyə sadə həqiqəti anlamır ki, cəmiyyətin həqiqi mütəxəssis sözünə, sahənin kamil bilicisi mövqeyinə ehtiyacı var? Axı eyni anda təhsilin bütün pillə və səviyyələri üzrə mütəxəssis olmaq mümkün deyil.

Bəlkə son illərdə təhsilə aidiyatı olmayanların təhsil idarəçiliyində hakimi-mütləq olması hər şeyi baş-ayaq edir?

Yaxşı, başa düşdük ki, bəzi telekanal rəhbərliyi özünə hörmət qoymur, qeyri ciddi kütləvi informasiya vasitələri peşəkarlıq nümayiş etdirmir.

Bəs axı kimsə məsələyə müdaxilə etməlidir. Vətəndaş, sənə təhsil eksperti adını kim verib? Nə haqla bir gündə 180 dərəcə fərqlə müəyyən məsələlərə münasibət bildirirsən. Axı təhsil haqqında danışmaq üçün sənin mənəvi haqqın bir tərəfə, sahə səciyyəviliyindən doğan elmi-pedaqoji bilgilərin olmalıdır. Hələ onu demirəm ki, bilginin olması sənin novatorluğunu şərtləndirmir.

Təəssüf hissi, ürək ağrısı ilə onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan reallığında telekanallara çıxmağın yolu pul və tanışlıqdan keçir. Toy müğənnisi camaatın hesabına toylardan qazandığının böyük bir qismini tanıtım məqsədi ilə efirlərə çıxmaq üçün xərcləyir. Bu məqamda oxuculardan üzr istəyərək el arasında tanıtımı elə çoxluğun dediyi kimi raskrutka yazıram. Həmişə düşünmüşəm ki, “təhsil eksperti” raskrutka üçün vəsaiti haradan alır? Toylara tamada kimi gedirlər? Axı masabəyilik də şou-biznesin sahəsidir.

Təəssüf, min təəssüf ki, təhsil eksperti qiyafəsində gözlərimizi mazol edənlər elə raskrutka üçün vəsaiti təhsildən çırpışdırırmış.

Günah kimdədir?

Fikrimcə əməlində cinayyət tərkibi olan məhkəmənin qanuni hökmü qüvvəyə minəndən sonra cəzasını çəkməsi şəksizdir. Amma cəmiyyət olaraq biz hamımız günahkarıq. Cəzasız qalırıqmı? Yox! Hamımız bədəl ödəyirik. Haqqına insafsızcasına müdaxilə edilib tələbə adını qazanmayanlar, o haqsızlıqdan qazanılan puldan həzm-rabedən keçirib, qarşısına mikrafonlar düzdürənlərin mənəviyyatsızlığından çaş-baş qalan seyirçilər, simasızlığı adi hal kimi, belə də olmalıdır mütiliyində qəbul edənlər, həyacan siqnalı verib, həqiqəti bar-bar bağıranların səsini eşitməyənlər… hamımız bədəl ödəyirik

Pərviz Yəhyalı

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri