Icma.az
close
up
RU
Vətəndaşlar bağlanan banklardan əmanətlərini hansı qaydada qaytara bilərlər? EKSPERT AÇIQLADI FOTO

Vətəndaşlar bağlanan banklardan əmanətlərini hansı qaydada qaytara bilərlər? EKSPERT AÇIQLADI FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Təsəvvür edin illərlə topladığınız əmanətlər bir anın içində qeyri-müəyyənliyə qərq olur.
Avtosfer.az xəbər verir ki, bankın bağlanması xəbəri yayıldıqda, yüzlərlə vətəndaş narahatlıq içində pullarının taleyini düşünür. Əmanətçilər üçün bu cür hallarda əsas sual budur: “Pulumu geri ala biləcəyəmmi?”
Bankın lisenziyasının ləğvi və ya fəaliyyətsiz elan olunması zamanı əmanətlərin aqibəti dövlətin təminat mexanizmlərinə, konkret olaraq Əmanətlərin Sığortalanması Fondunun tətbiq etdiyi qaydalara əsaslanır. Amma bu prosesin necə baş verdiyi, nə qədər vaxt çəkdiyi və hər kəsin pulunu tam alıb-almayacağı məsələsi bəzən ciddi narahatlıqlara səbəb olur. 


Mövzu ilə bağlı iqtisatçı ekspert Rəşad Həsənov saytımıza açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, bankın bağlanması haqqında qərar həmin prosesin başlanğıc tarixi hesab olunur: 
"Bu tarixdən etibarən növbəti 7 iş günü ərzində Əmanətlərin Sığortalanması Fondu, sığortalanmış əmanətlərə dair məsuliyyət daşıyan qurum olaraq, əmanətlərin geri qaytarılması prosesi barədə məlumatları ödəmə məntəqələrinin yeri və tarixlərini əhatə edən xüsusi reglamenti rəsmi şəkildə dərc edir.
Məlumatın dərcindən sonra vətəndaşlar müəyyən edilmiş tarixlərdə və göstərilən ünvanlarda əmanətlərini təsdiq edən müvafiq sənədlərlə müraciət edərək geri ödəniş prosesində iştirak edə bilirlər".
Rəşad Həsənov qeyd edib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, sığortalanan əmanətlərin yuxarı həddi 100.000 manatdır. 
"Bu o deməkdir ki, bankda olan əmanət və hesablanmış faizlər birlikdə bu məbləği keçmədiyi halda, vətəndaşa tam şəkildə geri ödənilir. Lakin əgər ümumi məbləğ 100.000 manatdan çoxdursa, yalnız bu məbləğə qədər olan hissə qaytarılır.


Məsələn, vətəndaş bankda 100.000 manat məbləğində əmanət yerləşdirib və faizlərini götürməyib. Bankın ləğv edildiyi tarixdə hesablanmış faizlərlə birlikdə onun ümumi alacağı 105.000 manat təşkil edir. Bu halda, sığortalanmış hissə olan 100.000 manat geri qaytarılır, 5.000 manatlıq fərq isə sığortalanmamış əmanət sayılır".
Ekspert həmçinin vurğulayıb ki, sığortalanmayan hissənin geri qaytarılması isə ayrıca bir prosesdir.
"Bu mərhələyə yalnız bankın bütün məcburi öhdəlikləri xüsusilə dövlət qurumlarına olan borcları yerinə yetirildikdən sonra başlanılır. Bankın aktivlərinin reallaşdırılması, kreditlərin toplanması, girovların və əmlakların satışından sonra əldə edilən vəsait qaldıqda, həmin məbləğlər hesabına sığortalanmamış əmanətlərin də ödənişi həyata keçirilir".


Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 İyun 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see223

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see223

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see222

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see196

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see180

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see170

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see151

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see143

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see143

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see134

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see132

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see132

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see131

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see130

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see129

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see126

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see126

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see125

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see124

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri