Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Vətəndaşlar təşviş içindədir Nə baş verir?

Vətəndaşlar təşviş içindədir Nə baş verir?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər bir çox vətəndaşlara Dövlət Vergi Xidməti adından evlərin kirayə haqqından ödənilən verginin azaldılmasına dair bildirişlər göndərilir.

Bakıvaxtı.az xəbər verir ki, bildirişdə qeyd olunur:

“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən tutulan vergi dərəcəsi 14%-dən 10%-ə endirilmişdir”.

Bu məzmunlu bildiriş alan vətəndaşlar ev kirayə vermədiklərini, sonrakı mərhələdə hansısa cərimə ilə üzləşəcəklərindən narahat olduqlarını deyirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bildirişlərin göndərilməsində məqsədin nə olduğu, onların göndərildiyi şəxslərin əhatə dairəsinin necə müəyyən edildiyinə dair sorğu ilə müraciət etdik. Xidmətin İctimaiyyətlə əlaqələr bölməsindən Musavat.com-a verilən məlumata görə, bildirişlər maarifləndirmə xarakteri daşıyır: “Məlum olduğu kimi, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə, eləcə də “Sosial sığorta haqqında” Qanuna bir sıra dəyişikliklər edilmişdir.

Vergi ödəyicilərinin geniş kütləsini əhatə edən vacib yeniliklərin qısa, aydın və ünvanlı şəkildə çatdırılması məqsədilə (total məlumatlandırma çərçivəsində), fəaliyyəti aktiv olan vergi ödəyicilərinin uçot məlumat bazasında qeydiyyatda olan mobil telefon nömrələrinə 10 istiqamət üzrə SMS bildirişləri göndərilir.

Bu bildirişlərdən biri aşağıdakı məzmundadır:

“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən tutulan vergi dərəcəsi 14%-dən 10%-ə endirilmişdir.”

Qeyd edək ki, Dövlət Vergi Xidməti tətbiq olunan dəyişikliklərlə bağlı vergi ödəyicilərinin mütəmadi və kütləvi şəkildə məlumatlandırılmasını həyata keçirir, bu məqsədlə qısa məzmunlu bildirişlər və SMS-lər göndərir”.

Xidmətdən vurğulanır ki, bildirişlər aktiv VÖİN-i olan fiziki şəxslərə göndərilir. Yəni kontingent sırf Vergi Xidmətindəki baza əsasında müəyyənləşdirilib, Əmlak Məsələləri Dövlət Xidmətinin reyestr bazasından və ya digər bazalardan istifadə olunmayıb.

Qeyd edək ki, bu il yanvarın 1-dən etibarən evini kirayə verən şəxslərin kirayə haqqından ödəyəcəyi verginin məbləği 14 faizdən 10 faizədək azaldılıb. Rəsmi izahatda bu addımın əsas məqsədi kölgə iqtisadiyyatını azaltmaq, mənzil bazarında şəffaflığı artırmaq və dövlətin vergi gəlirlərini genişləndirmək kimi göstərilir.

Bu sahədə iki dəyişiklik edilib. 2025-ci il yanvarın 1-dən etibarən evini kirayə verən şəxslərin vergi ödənişini vergi orqanında şəxsən qeydiyyata durmayaraq həyata keçirmək imkanı yaradılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən onlar vergi orqanında şəxsən qeydiyyata durmadan vergi agenti müəyyənləşdirə və vergi öhdəliklərinin icrasını həmin agentə həvalə edə bilərlər. Vergi agenti vergini hesablayır, kirayəçidən tutur və büdcəyə köçürür. Həmçinin ödənilən gəlirlərin və tutulan vergilərin uçotunun aparılması da vergi agentinin vəzifəsidir.

Vergi agentinin xidmətindən istifadə etməyən şəxslər isə özləri vergi orqanından vergi ödəyicisi kimi qeydiyyata düşməli, kirayənişinlə rəsmi müqavilə bağlamalı və aldıqları hər 100 manat kirayə haqqından 10 manatını vergi şəklində dövlətə ödəməlidilər.

Verginin azaldılması ilə yanaşı onun ödənməsindən yayınmaya görə cərimələr kəskin artırılıb. Belə ki, 2026-cı ildən etibarən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin vaxtında verilməməsinə görə 200 manat məbləğində cərimə tətbiq edilir. Əvvəllər bu məbləğ cəmi 40 manat həddində müəyyənləşdirilmişdi. Bundan sonra isə evini kirayəyə verən şəxs vergi qeydiyyatına durmaqdan yayınarsa, daha ciddi maliyyə məsuliyyəti ilə üzləşəcək.

Bundan başqa, vergi hesabatında gəlirin azaldılmış göstərilməsi və ya hesabatın, ümumiyyətlə, təqdim edilməməsi hallarında yayındırılan vergi məbləğinin 50 faizi həcmində cərimə nəzərdə tutulur.

Bundan əlavə, müqavilə olmadan kirayədə qalanlar üçün də cəzalar var. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşməmək kirayəçilərin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə tətbiq olunur.

Bu ilin əvvəlindən etibarən vergi və polis orqanları, bələdiyyələrin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən monitorinqlər başlayıb. Açıqlanan məlumatlara əsasən bu prosesin gedişində əmlakla bağlı məlumat bazaları, sosial şəbəkələr, mənzillərdə kommunal xidmətlərdən istifadəyə dair informasiyalar nəzərdən keçirilərək araşdırma aparılır, hansı mənzillərin kirayə verildiyi müəyyənləşdirilir. Eyni zamanda həmin mənzillərin kirayə verilməsi ilə bağlı notarial qaydada müqavilənin bağlanıb-bağlanılmadığı aydınlaşdırılır. Yəni faktiki olaraq monitorinqlər zamanı rəsmi qaydada müqavilə bağlanılmadan kirayə verilən mənzillərin üzə çıxarılması, onların sahiblərinin cəzalandırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Vergi orqanlarının bildirişlərinin göndərilməsi monitorinqlərlə birlikdə vətəndaşlar arasında məlumatlandırma, eyni zamanda kirayə müqaviləsi bağlamayanlara xəbərdarlıq da hesab oluna bilər. Belə görünür ki, monitorinq nəticələrinin təhlili başa çatıb və artıq hökumət real addımlara keçir.  Bu baxımdan, maarifləndirici bildirişlərdən sonra evlərini rəsmi müqavilə olmadan kirayə verən şəxslərlə bağlı hüquqi addımların atılmasına başlanması gözləniləndir.

Onu da qeyd edək ki, kirayə verilən evlərdən əldə olunan gəlirin vergiyə cəlb olunması bütün dünyada tətbiq olunan praktikadır. Onun Azərbaycanda da tətbiq olunmasına etiraz edilmir. Sadəcə, həm vətəndaşlar, həm də ekspertlər 10 faizlik verginin yüksək olduğu qənaətindədirlər. Həm region, həm də dünya ölkələrində daşınmaz əmlakın kirayəsindən ödənilən vergilər Azərbaycanda müəyyən edilən həddən 2-2,5 dəfə aşağıdır. Məsələn, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir.  Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur.

Bundan əlavə, Gürcüstanda son illər kirayə bazarının leqallaşdırılması, vətəndaşları vergi ödənişinə təşviq etmək istiqamətində mühüm addımlar atılıb. Elektron müqavilə sistemləri yaradılıb, qısamüddətli kirayə fəaliyyətinə xüsusi vergi rejimlərinin tətbiqinə başlanılıb. Azərbaycanın da bu təcrübədən yararlanması müsbət effekt verərdi.  

Kirayə evlərlə bağlı qanunvericiliyin tələbləri hələlik yalnız qanuni sənədi olan evləri əhatə edə bilər. Belə ki, qanuni formada müqavilə bağlanması üçün kirayə verilən evlərin sənədlərinin qaydasında olması lazımdır. Bakı ətrafında yüz minlərlə ev sənədsizdir, onların xeyli hissəsi kirayə verilir. Bir çox şəxslər bir həyətdə 5-6 ayrı otaq tikərək fəhlələrə, tələbələrə kirayə verirlər. Belə evlərin heç birinin çıxarışı yoxdur. Bu isə onlarla bağlı kirayə müqaviləsinin imzalanmasını mümkünsüz edir. Bu, həmçinin vergi agenti ilə müqaviləyə də aiddir. Buna görə də sənədsiz evlərin sahibləri üçün qanunvericiliyin tələbinə əməl etmək qeyri-realdır. Belə evlər isə on minlərlədir. Hökumət tezliklə sənədsiz evlərin qeydiyyata alınması istiqamətində real addımlar atmasa, bu evlərdən daxil ola biləcək gəlir vergisi dövlət üçün itirilmiş gəlirə çevriləcək./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2026 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri