Icma.az
close
up
RU
Vətəndaşlara saxta mesajlar göndərilir XƏBƏRDARLIQ

Vətəndaşlara saxta mesajlar göndərilir XƏBƏRDARLIQ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər kiberdələduzlar "Azərpoçt" MMC-nin adı və loqosundan sui-istifadə edərək vətəndaşlara qarşı məqsədli fırıldaqçılıq kampaniyası həyata keçirirlər. 

Belə ki, fırıldaqçılar SMS, zəng və ya saxta e-poçtlar vasitəsilə vətəndaşlara müəyyən məbləğdə vəsaitin ödənilməsi barədə yalan məlumatlar təqdim edirlər. Bu məqsədlə onları şübhəli və saxta keçidlərə yönləndirirlər. 

Sözügedən keçidlərdə sifarişin guya "ödəmə gözlənilir", "nağd pul gəlir", "nağd pul qorunur" və "çatdırılma təsdiqlənir" kimi uydurma statusları göstərilir. Daha sonra istifadəçiyə "Ödənişi almaq" düyməsi təqdim olunur. 

Düyməyə klik edildikdə istifadəçidən kart nömrəsi, kartın son istifadə tarixi, CVV/CVC kodu, eyni zamanda mobil nömrə tələb edilir. Məlumatlar daxil edildikdən sonra ya vətəndaşın bank hesabından birbaşa vəsait çıxılır, ya da bank mobil tətbiqinə giriş əldə edilərək hesab tam nəzarətə götürülür.

Elektron Təhlükəsizlik Xidməti məlumat üçün bildiririb ki, bu tip mesajlar adətən xarici nömrələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksər hallarda düzgün tərtib edilmir, sözlərin bir-biri ilə məntiqi əlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin “URL”nin doğruluğunu da mütləq yoxlamalıdırlar.

Elektron Təhlükəsizlik Xidməti və “Azərpoçt” MMC vətəndaşları tanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən - “Azərpoçt”un 169 - Çağrı Mərkəzi və ETX-nin qaynar xətti - “1654”, eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri