Icma.az
close
up
RU
Vətəndaşlara xəbərdarlıq: terrordan daha təhlükəlidir Üç çıxış yolu

Vətəndaşlara xəbərdarlıq: terrordan daha təhlükəlidir Üç çıxış yolu

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Kapital Bankın müştərilərinin məlumatlarının hakerlərin əlinə keçməsi haqda xəbərlər sosial şəbəkələrdə müzakirə obyekti olub. Qurumun yayılan informasiyaları təkzib etməsinə baxmayaraq, dələduzların ötən həftə sonu vətəndaşların 40 min manatdan çox pulunu mənimsəməsi bu fonda narahatlıqları artırıb. Ümumiyyətlə, Daxili İşlər Nazirliyi hər gün bu mövzuda çağırışlar etsə də, oğurluq halları azalmır, əksinə, artır.

Bundan əvvəl, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə verilən vəsait də Kapital Banka kiberhücum nəticəsində ələ keçirilmişdi. Həmçinin yanvar ayının sonlarında sözügedən bankın “Birbank” sistemində problem yaşanmışdı. Bildirilir ki, bütün bunlar vətəndaşları banklardan soyuda, güvənsizlik yarada, nəticədə insanların vəsaitini yenidən “yastıq altına” yığmasına səbəb ola bilər. Əksəriyyət düşünür ki, artıq dünyada terror, sui-qəsdlər yerini kibercinayətlərə verir.

Kiberhücumlardan sığorta mümkün deyilmi?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, son günlər banklarla bağlı yayılan xəbərlər – məlumat sızmaları, texniki nasazlıqlar və kiberhücum iddiaları ictimaiyyət arasında haqlı narahatlıq yaradıb:

“Bu cür məlumatların sosial mediada sürətlə yayılması onlara olan güvəni sarsıda bilər. Bank sisteminə güvən – istər texniki, istərsə də kommunikativ baxımdan, həm bankların, həm də dövlətin birgə qoruması altında olmalıdır. Çünki bu sistemin zədələnməsi sadəcə banklara deyil, ölkənin maliyyə sabitliyinə təsir edə bilər. Şəxs bank sistemini etibarsız hesab edirsə, vəsaitini “yastıq altına” qoymaq kimi arxaik metodlara yönəlməsi mümkündür. Bu isə rəqəmsal iqtisadiyyatın inkişafına əngəl törədir”.

Elvin Abbasov

Mütəxəssis bildirib ki, baş verən texniki problemləri vaxtında və aydın dildə izah etmək vacibdir:

“Şəxsi məlumatların qorunması, sistemlərin davamlı olaraq audit olunması və kiberhücumlardan sığorta mexanizmlərinin genişlənməsi banklara olan inamı möhkəmləndirə bilər. Bugünkü dövrdə bank sistemləri üçün sığorta və ya kompensasiya mexanizmləri tam mümkündür. Məsələn, bəzi hallarda banklar zərərçəkən müştərilərə geri ödənişlər edir, bəziləri isə öz təhlükəsizlik sistemlərini sığorta şirkətləri vasitəsilə qoruyur. Azərbaycanda da bu sahədə hüquqi və texnoloji infrastruktur inkişaf etdirilməlidir”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri